Sovet əsgərlərinə yadplanetlilər hücum edibmiş - ABŞ faktları tapdı

Sovet əsgərlərinə yadplanetlilər hücum edibmiş - ABŞ faktları tapdı

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən məxfiliyindən çıxarılmış sənədlərdə, Sovet İttifaqının dağılmasından əvvəl yadplanetlilərlə sovet əsgərləri arasında baş vermiş sensasiyalı hadisə barədə məlumatlar yer alıb.

 

Sfera.az “New York Post” nəşrinə istinadən xəbər verir ki, CIA arxivinə daxil edilmiş 250 səhifəlik KQB hesabatı 1991-ci ildə Ukraynada keçirilən hərbi təlimlər zamanı müşahidə edilən naməlum uçan obyekt (UFO) ilə bağlıdır. Sənəddə bildirilir ki, təlim zamanı rus əsgərləri səmanın aşağı qatında uçan, nəlbəki formasında naməlum bir obyekt müşahidə ediblər. Əsgərlərdən biri həmin obyekti raketlə vurub və nəticədə o, yerə çırpılaraq qəzaya uğrayıb.

 

Hadisə yerində sağ qalan əsgərlərin ifadələrinə görə, qəzaya uğramış obyektdən iri başlı, qara gözlü, qısa boylu beş yadplanetli çıxıb. Bu varlıqlar bir araya gələrək sferik forma alıblar və parlaq işıq saçaraq partlayıblar. Partlayış nəticəsində hadisə yerində olan 23 əsgər daş sütuna çevrilib. Yalnız partlayışa bir qədər uzaq məsafədə olan iki əsgər sağ qala bilib.

 

CIA sənədlərində qeyd olunur ki, hadisədən sonra həm yadplanetli gəmisinin qalıqları, həm də daşlaşmış əsgərlər KQB tərəfindən toplanaraq Moskva yaxınlığındakı gizli hərbi bazaya aparılıb. Sovet alimlərinin apardığı ilkin araşdırmalarda yadplanetlilərin yaydığı enerjinin insan hüceyrələrini əhəng daşına bənzər maddəyə çevirdiyi müəyyən edilib.

 

Hadisəni araşdıran CIA agentləri bu qarşıdurmanı “yerdənkənar canlıların qan donduran qisas aktı” kimi dəyərləndirib. Hesabatda həmçinin bildirilir ki, ABŞ Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərən UAP (Naməlum Hava Hadisələri) İşçi Qrupu da bu kimi obyektlərlə bağlı çoxsaylı sənədlərə malikdir.

 

CIA-nın hesabatında xüsusi olaraq vurğulanır: “İnsanlıq real təhlükə ilə üz-üzədir. Yadplanetlilərin sahib olduğu texnologiya və silahlar çox inkişaf etmiş səviyyədədir”.

 

Fidan Hacızadə

 


OXŞAR XƏBƏRLƏR

Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

ABŞ dünyanın ən böyük və inkişaf etmiş iqtisadiyyatlarından biri kimi tanınsa da, evsizlik problemi ölkənin qaranlıq reallığına çevrilib. Hər gün küçələrdə yaşa...

Turist təsadüfən tarixin ən böyük fəlakətlərindən birinin ilk saniyələrini çəkib

Taylandda bir çimərlikdə bir adam təsadüfən fəlakətin başlanğıcının kadrlarını əldə edib. 2004-cü ildə bir britaniyalı turist Tayland çimərliyində sadəcə...

Mahir Emreli karyerasını Almaniya klubunda davam etdirəcək

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.   Sfera.az xəbər verir ki, bu barədə insayder ...

İsrail İranın dövlət televiziyasına sızdı- Ekranda bu sözlər yazılır + FOTO

İsrail İranın peyk siqnallarını sındırıb.    Sfera.az xəbər verir ki, dövlət televiziyası ictimaiyyəti rejimə qarşı ayağa qalxmağa çağıran mesaj...

Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət ...

İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum olub

İsrail Ordusu Tehranda İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum edib, nəticədə bir neçə asayiş keşikçisi yaralanıb.   Sfera.az-ın məlum...