XİN Fransa rəsmilərinin Azərbaycan əleyhinə iddialarına cavab veridi

XİN Fransa rəsmilərinin Azərbaycan əleyhinə iddialarına cavab veridi

14 aprel 2025-ci il tarixində Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclası çərçivəsində çıxış edərkən regional gərginlik, sülh prosesi və hazırda Azərbaycanda mühakimə olunan ermənilərlə bağlı bəzi anti-Azərbaycan iddiaları səsləndirib.

 

Sfera.az xəbər verir ki, Xarici İşlər Nazirliyi fransalı nazirin bəyanatını tənqid etdiyi halda, Fransanın Azərbaycandakı səfiri öz “X” hesabında bu iddiaları yenidən paylaşıb.

 

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məsələyə münasibət bildirərkən Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun Fransanın Azərbaycandakı səfirinin də istinad etdiyi iddialarını qətiyyətlə rədd etdiklərini və pislədiklərini bildirib.

 

O bildirib ki, Fransanın siyasətindəki ikili yanaşma – sülh niyyətini bəyan edərkən münaqişəyə sürükləyən davranışlar – narahatlıq doğuran uyğunsuzluğu nümayiş etdirir. Belə ikiüzlü siyasət regionda davamlı sülh perspektivlərinə mane olur.

 

“Fransanın Ermənistanı öldürücü silahlarla təmin etməsi, onun davamlı anti-Azərbaycan mövqeyi ilə yanaşı, sülh prosesinə xələl gətirir və bu xarici işlər naziri Jan-Noel Baronun regional gərginliklə bağlı açıq şəkildə narahatlığını ifadə etməsi ilə tamamilə ziddiyyət təşkil edir.

 

Bundan əlavə, sülh müqaviləsi layihəsi üzərində işin yekunlaşdırılması mühüm hadisə olsa da, Fransa tərəfi yaxşı başa düşür ki, sülh sazişinin imzalanması və davamlı sabitlik digər məsələlərlə yanaşı, əsas problemlərin, xüsusilə də Ermənistanın Konstitusiyasındakı ərazi iddialarının aradan qaldırılmasını, habelə Minsk Qrupunun və ATƏT-in digər əlaqəli strukturlarının rəsmi şəkildə ləğvini tələb edir.

 

Bəşəriyyətə qarşı cinayətlərdə təqsirləndirilən şəxslərin məhkəmə proseslərinə maneçilik törədilməsi ölkənin suverenliyinə müdaxilə olmaqla yanaşı, dəhşətli qəddarlıqlara görə məsuliyyətin müəyyən edilməsi prosesini sarsıdır. Fransanın bu cür müdaxiləsi cinayətkarları qorumaqla, cəzasızlığın davamıma xidmət edir.

 

Fransa regional işlərimizə qarışmaq əvəzinə, təkcə Azərbaycan deyil, müxtəlif dövlətlər tərəfindən böyük tənqidlərə məruz qalan, xüsusən də dənizaşırı ərazilərində və Afrikada həyata keçirdiyi neokolonial siyasətindən əl çəkməlidir.

 

Fransız neokolonializmi yerli əhalini və resurslarını istismar etməklə bərabər, həmişə fransız maraqlarını həmin dövlətlərin rifahından üstün tutub, habelə uzunmüddətli qeyri-sabitlik və etnik gərginlik yaradıb

 

Heç kimə sirr deyil ki, Fransanın xarici siyasəti onun qondarma “sivilizasiya missiyası”nın mənəvi cəhətdən iflasa uğradığını nümayiş etdirir.

 

Sülhə xidmət etməyən və regionda sabitliyə xələl gətirən addımlara son qoymağı Fransadan tələb edirik.”, – diplomat bildirib.


OXŞAR XƏBƏRLƏR

Çoxlarının xəyallar ölkəsi Amerikada niyə bu qədər evsiz insan var?

ABŞ dünyanın ən böyük və inkişaf etmiş iqtisadiyyatlarından biri kimi tanınsa da, evsizlik problemi ölkənin qaranlıq reallığına çevrilib. Hər gün küçələrdə yaşa...

Turist təsadüfən tarixin ən böyük fəlakətlərindən birinin ilk saniyələrini çəkib

Taylandda bir çimərlikdə bir adam təsadüfən fəlakətin başlanğıcının kadrlarını əldə edib. 2004-cü ildə bir britaniyalı turist Tayland çimərliyində sadəcə...

Mahir Emreli karyerasını Almaniya klubunda davam etdirəcək

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın "Kayzerslautern" klubu ilə anlaşıb.   Sfera.az xəbər verir ki, bu barədə insayder ...

İsrail İranın dövlət televiziyasına sızdı - Ekranda bu sözlər yazılır + FOTO

İsrail İranın peyk siqnallarını sındırıb.    Sfera.az xəbər verir ki, dövlət televiziyası ictimaiyyəti rejimə qarşı ayağa qalxmağa çağıran mesaj...

Sabah Bakının bu rayonlarında qaz kəsiləcək

Sabah Bakının Xəzər və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.   Bu barədə Sfera.az-a Azərbaycan Dövlət ...

İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum olub

İsrail Ordusu Tehranda İran Polisinin qərargahı yaxınlığındakı binalara hücum edib, nəticədə bir neçə asayiş keşikçisi yaralanıb.   Sfera.az-ın məlum...