ABŞ və Böyük Britaniyanın az qala düşmən olmasına səbəb olan hadisə: Donuz müharibəsi

ABŞ və Böyük Britaniyanın az qala düşmən olmasına səbəb olan hadisə: Donuz müharibəsi

Hadisə adi fermerin öz bağında kartofunu yeyən donuzu vurması ilə başlayıb. Donuzun sahibi ingilis, fermer amerikalı idi və hər ikisi eyni adada yaşayırdılar, hər ikisi torpağın onlara məxsus olduğunu düşünürdülər. Bir neçə gün ərzində bu kiçik mübahisə beynəlxalq böhrana çevrilib və iki ölkə yüzlərlə əsgərlə üz-üzə gəlib. Lakin hadisələr düşündüyünüz kimi müharibəyə çevrilməsə də, çox maraqlı şəkildə tarixə düşüb. Üstəlik, bu hadisənin arxasında daha dərin sərhəd mübahisəsi dayanırdı.

 

Sfera.az maraqlı tarixi hadisənin təfərrüatlarını təqdim edir.


Hadisə əslində illərdir həllini tapmayan sərhəd probleminin alovlanması idi.
 

1846-cı ildə Birləşmiş Ştatlar və İngiltərə Oreqon Müqaviləsini imzaladı və Kanada ilə ABŞ arasında sərhədləri təqribən müəyyən etdi. Lakin xəritələr aydın olmadığı üçün hər iki tərəf Vankuver adası ətrafındakı San Juan adaları üzərindəki dəniz sərhədini fərqli şərh edirdi.
 

İngilislər sərhədin şərqdə Rosario boğazından keçməli olduğunu, amerikalılar isə sərhədin qərbdə Haro boğazından keçməli olduğunu müdafiə etdilər. Bu qeyri-müəyyənliyə görə hər iki ölkə San Juan adasına iddia qaldırdı. İngilislər “Hudson's Bay” şirkəti vasitəsilə adada qoyun fermaları qurarkən, amerikalı köçkünlər də həmin adaya gələrək torpaq tələb etməyə başladılar və məhz bu mühitdə donuz böhranı başladı.
 

Donuzun kartof yeməsi ilə başlayan hadisə bir neçə həftə ərzində iki ölkə arasında hərbi qarşıdurmaya çevrildi.
 

Amerikalı fermer Lyman Cutlar bağında daim qazan donuzu vuranda sadəcə öz torpağını qoruduğunu düşünüb. Lakin donuz Britaniyanın Hudson Körfəzi Şirkətinin əməkdaşı Çarlz Qriffinə məxsus idi və Qriffin 10 dollar əvəzinə 100 dollar təzminat tələb etdikdə, hər şey yolundan çıxdı.
 

İngilislər Cutları həbs etməklə hədələdikdə, Amerika köçkünləri hərbi dəstək istədi. ABŞ San Juana qoşun göndərir, buna cavab olaraq İngiltərə üç döyüş gəmisi göndərdi. Bir anda adada 14 topla 461 Amerika əsgəri yerləşdiyi halda, onların qarşısında 70 toplu 5 İngilis döyüş gəmisindən ibarət 2000 nəfərlik bir qüvvə dayanmışdı və bütün bunlar bir donuza görə idi...

 

Müharibə həddinə çatan bu absurd böhran xoşbəxtlikdən sağlam düşüncənin müdaxiləsi ilə sakitləşib.
 

O vaxt Britaniya admiralı Robert Beyns, qubernatorunun əmrlərinə baxmayaraq, hücum əmrini rədd etdi və: "iki böyük dövlət bir donuz üstündə döyüşə bilməz" - deyə bildirdi.
 

Eyni zamanda ABŞ prezidenti Ceyms Byukenan gərginliyi sakitləşdirmək üçün general Uinfild Skotu göndərib və aparılan danışıqlar nəticəsində hər iki ölkənin müvəqqəti həll yolu kimi adada əsgər saxlamasına icazə verilib.
 

Beləliklə, San Juan adası 12 il birgə işğalla idarə olundu. Bu dövrdə iki ordunun əsgərləri birlikdə idman turnirləri təşkil edir, milli günləri birlikdə qeyd edir, bir-birlərinin düşərgələrini ziyarət edirdilər. Əslində dövrün ən böyük təhdidlərindən biri adada həddindən artıq spirt istehlakı olaraq qeyd edildi.
İş nəhayət 1872-ci ildə həll olundu, lakin kimin qalib gələcəyinə Alman imperatoru qərar verdi.
 

İllərlə davam edən bu qəribə gərginlik yalnız 1871-ci ildə imzalanan Vaşinqton müqaviləsi sayəsində beynəlxalq arbitraj məhkəməsinə gətirildi. Hakim olaraq Almaniya imperatoru

 

I Vilhelm təyin olundu və arbitraj şurası tərəfləri dinləyərək bir illik müzakirələrdən sonra qərarını verdi. San Juan adası Birləşmiş Ştatların sərhədləri daxilində qalacaqdı.
 

Beləliklə, Haro boğazı rəsmi dəniz sərhədi kimi qəbul edildi. Bu qərarla nəhayət tarixin ən sakit müharibələrindən birinə son qoyuldu.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...