İbrahim Tatlısəsin qardaşı həbs olundu


İbrahim Tatlısəsin qardaşı həbs olundu

Türkiyəli məşhur müğənni İbrahim Tatlısəsin qardaşı Hüseyn Tatlı keçən həftəsonu Antalyada verdiyi konsertdən sonra taksi sürücüsü ilə aralarında yaranan münaqişəyə görə həbs olunub.

 

Sfera.az xəbər verir ki, münaqişəyə Tatlının taksi qiymətlərindən narazılığı səbəb olub.

 

Tatlı ilə sürücü ilə arasında başlayan şifahi mübahisə qısa zamanda fiziki şiddətə çevrilib. İddiaya görə, Tatlının vurduğu cavab zərbəsi nəticəsində sürücü yerə yıxılıb. Bunun ardınca sürücünün dostları Tatlıya təpik və yumruqlarla hücum ediblər.

 

Üç nəfərin hücumuna məruz qalan musiqiçi aldığı zərbələr nəticəsində yerə yıxılaraq ayağını sındırıb. Digər tərəfdən, başından aldığı zərbə nəticəsində ağır yaralanan taksi sürücüsü bütün gecəni reanimasiyada müşahidə altında qalıb.

 

Müalicəsindən sonra saxlanılan Hüseyin Tatlı sürücünün həyatını təhlükə altına atması səbəbi ilə həbs olunub. Hadisə ilə bağlı istintaq davam edir. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...