Qarabağdakı gizli tunelin SİRRİ AÇILDI


Qarabağdakı gizli tunelin SİRRİ AÇILDI

Xəbər verdiyimiz kimi, Xocavənddə "Böyük Ermənistana aparan tunel" aşkarlanıb. Belə ki, bununla bağlı "Hans Kloss" profili ilə tanınan hərbi bloger paylaşım edib. Məlumata görə, düşmən zabitinin qazdığı sığınacağın girişi pianino vasitəsilə bağlanıb. Hətta deyilir ki, işğaldan azad edilən digər ərazilərdə də belə tunellər, keçidlər çoxdur, amma bəziləri aşkar edilməyib.

 

Sfera.az bildirir ki, Globalinfo.az-a danışan Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik Azay Kərimov tunel məsələsi müəmmalıdır:

 

"Qarabağ ərazisini mənim kimi yaxşı tanıyan adam yoxdur. Uşaqlığım o torpaqlarda keçib. Açığı, tunel məsələsinə inanmıram. Birincisi, tunel qazan zaman 1 kilometr sonra havasızlıq yaranır və insan ölə bilər. Normalda heç kim orada axıra kimi gedə bilməz.

 

İkincisi, Xocavənddən İrəvana qədər böyük məsafə var. Həmçinin mürəkkəb dağlar, qayalar mövcuddur. Tunel qazmaq insan əməyi deyil, texnika da işləməyib. Olsa belə, 20 il müddətinə bu qədər ərazidə tunel açmaq mümkünsüzdür. Bu xəbəri kimin, hansı məqsədlə ortaya atdığını bilmirəm".

 

Azay Kərimovun sözlərinə görə, Şuşa şəhərinin altı tunellərlə doludur:

 

"Onlar isə döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulmayıb. Tunel İsa bulağının yuxarı tərəfindən başlayır və fərqli istiqamətlərdə bitir. Məsələn, bir tərəfi Şuşa həbsxanasına gedir, digər hissəsi mərkəzi bazardan keçir. Həmin tuneldən keçən kanalizasiya sistemi Daşaltı çayına tökülür. Ora enlidir və içində mümkün olsa, maşın da idarə etmək olar. Mövcud tunel illər əvvəl xüsusi olaraq tikilib. Azıx mağarasından başqa, Qarabağda tunelin olmasına inanmıram. Ermənistandan da Azərbaycan ərazilərinə iş aparmaq üçün belə bir texnika gətirilməyib".

 

Qeyd edək ki, tunel mina və partlamamış sursatdan təmizlənən zaman aşkarlanıb.


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...