Qar Yasamalı iflic etdi - "Hanı bəs bunların topu, topxanası?!" - FOTO

Qar Yasamalı iflic etdi -

"Qum və duzdan çimərlik düzəldəcəklər, yoxsa şoraba tutacaqlar?!"

Bakının Yeni Yasamal massivinin bir qrup sakini Milli.Az-a müraciət edərək ötən gün yağmağa başlayan qardan sonra ərazidə yolların vəziyyətindən və məsul qurumların fəaliyyətsizliyindən şikayət ediblər:

"Məlumdur ki, yanvarın 27-si günortadan başlayaraq Bakıda qar yağır. Bu gün isə qar artıq hər tərəfi, o cümlədən yolları ağardıb. O da məlumdur ki, Yeni Yasamal enişli-yoxuşlu ərazi olduğundan qar yağan zaman Bakının ən riskli ərazilərindən hesab olunur və bunu rəsmi qurumlar da bilir. Amma buna baxmayaraq, hər dəfə bunu onların yadına salmaq lazım gəlir. Necə olur ki, qarın yağacağını müvafiq qurumlar hələ bir müddət əvvəl xəbər verdiyinə baxmayaraq, bu gün yollarda nə Bakı Şəhər İcra Hakimiyyətinin, nə də "Azəravtoyol" ASC-nin heç bir texnikasına rast gəlmək olmadı. Belədə danışanda boğazdan yuxarı deyirlər ki, yüz tonlarla qumumuz, duzumuz var. Bəs hanı? Hanı bunların topu, topxanası? Hansı gün üçün saxlayıblar o qumu, duzu? Çimərlik düzəldəcəklər, yoxsa şoraba tutacaqlar?!
Biz hər dəfə onlara teleqram vurmalıyıq, yoxsa ayaqlarına düşüb yalvarmalıyıq? Niyə onların bərbad fəaliyyətinə görə yol qəzaları baş verməli, insanlar ölməli, xəsarət almalı, onlara maddi ziyan dəyməlidir?!


Bu gün yenə də Yeni Yasamalda Əsəd Əhmədov və Xiyabani küçələrində avtomobillər yollarda sürüşə-sürüşə qalmışdı. Xüsusən eniş və yoxuşlarda ciddi qəza təhlükələri yaranırdı, hətta kiçik toqquşmalar da baş verirdi. Əsəd Əhmədov küçəsində bəyənmədiyimiz 77 saylı avtobus marşrutunun dispetçerləri bel ilə təmizləyib yolu açırdılar ki, sərnişinləri vaxtında daşımaq olsun. Heç əsas yollardan olan Şərifzadə küçəsində də dediyimiz məsul dövlət qurumlarının heç bir əməkdaşı və texnikası yox idi. Xahiş edirik, onlara deyin ki, "qış yuxusu"ndan ayılsınlar".

Məsələ ilə əlaqədar "Azəravtoyol"la əlaqə saxladıq. Qurumdan bildirdilər ki, onlar yalnız bölgələrdəki və Bakı şəhərinin ətrafındakı yollara cavabdehdirlər. Adıçəkilən yollara isə Bakı Şəhər İcra Hakimiyyəti məsuldur.

Şikayətlə əlaqədar, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Departamenti ilə də əlaqə saxlayıb vəziyyətə aydınlıq gətirməyə çalışdıq. Lakin Departamentdın telefonlara cavab verən tapılmadı.

Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hələ yanvar ayının əvvəlində, o cümlədən iki gün əncə yanvar ayının sonlarında respublika ərazisində, o cümlədən paytaxtda və Abşeron yarımadasında qarlı havanın müşahidə ediləcəyini bildirmiş, hətta xəbərdarlıq yaymışdı...(MILLI.AZ)


OXŞAR XƏBƏRLƏR

Rusiyada 20-dən çox uçuş təxirə salındı

Moskvanın “Şeremetevo” hava limanı 20-dən çox reysi təxirə salıb.   Sfera.az xəbər verir ki, bu barədə hava limanının onlayn lövhəsində m...

Sadəcə hürə bilir: Anası tərəfindən atılan 8 yaşlı uşaq danışmağı unudub

Taylandda baş verən faciəvi hadisə sosial xidmətlərin hərəkətə keçməsinə səbəb olub. Yalnız itlərlə ünsiyyət qura bilən 8 yaşlı uşaq illərdir baxımsız qaldığı e...

Kirayə mənzillərə gizli kameralar qoyulur - AÇIQLAMA

Son illər kirayə verilən mənzillərdə və həyət evlərində təhlükəsizlik məqsədilə müşahidə kameralarının quraşdırılması halları artmaqdadır. Lakin bu tendensiya ş...

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətindən etiraz bəyanatı

Azərbaycanın ATƏT-dəki nümayəndə heyəti etiraz bəyanatı yayıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ö...

59 il bioloji valideynlərini axtaran kişi DNT testi sayəsində gözlənilməz həqiqəti üzə çıxardı - FOTO

Uels sakini Saymon Prothero ömrünün 59 ilini öz ailəsini tapmağa çalışıb. Kişi DNT testindən keçəndə doğumu, valideynləri və körpə ikən niyə tərk edildiyi barəd...

Yaponiyada artıq çəkili olmaq həqiqətən qadağandırmı?

Yaponiyada artıq çəkidən əziyyət çəkən şəxslərin vergiyə cəlb edilməsi və ya artıq çəkili olmanın qeyri-qanuni hesab edildiyi barədə şayiələr zaman-zaman yenidə...