BDYP-dən hərəkət iştirakçılarına xəbərdarlıq


BDYP-dən hərəkət iştirakçılarına xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, aprelin 14-dən 17-dək ölkə ərazisində hava şəraitinin leysan xarakterli  yağış və küləklə müşahidə olunan kəskin dəyişməsi gözlənilir.

 

Sfera.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək yol qəzaları və digər xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi, digər hərəkət iştirakçılarına, xüsusilə piyadalara qarşı diqqətli davranmağı xahiş edir.

 

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

 

Sürücülər, idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçməli, açıq ərazilərdə sürəti azaltmalı, qəfil manevr və ya kəskin tormazlama etməməli, zərurət olmadan ötmə əməliyyatı aparmamalı, avtomobilin texniki sazlığını nəzarətdə saxlamalıdırlar.

 

Piyadalar isə havanın küləkli və yağışlı olmasını nəzərə almalı, yollarda özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.

 


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...