Bu imtahanın nəticələri açıqlandı

Bu imtahanın nəticələri açıqlandı

Dövlət İmtahan Mərkəzi tərəfindən 13 aprel 2025-ci il tarixində keçirilən Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanının nəticələri elan edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

 

Bildirilib ki, imtahanda iştirak edənlər DİM-in saytı vasitəsilə nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər:

 

"İştirakçılar imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operator nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

İmtahanda iştirakı nəzərdə tutulan 1076 nəfərdən 38 nəfər imtahana gəlməyib.

 

İmtahan iştirakçılarının nəticələri Dövlət Sərhəd Xidmətinə təqdim ediləcək. Yüksək nəticə göstərmiş namizədlər DSX tərəfindən tibbi və digər yoxlamalara cəlb olunacaqlar. Bütün mərhələləri uğurla keçən və ən yüksək bal toplayan namizədlər Xüsusi məktəbə qəbul olunacaqlar".

 

"İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 16 aprel 2025‑ci il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 15 aprel saat 10:00-dan 16 aprel saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

 

Cavab vərəqində təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.

 

Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, valideyndən əlavə kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır",- deyə məlumatda qeyd edilib.


OXŞAR XƏBƏRLƏR

Bu ölkə öz vətəndaşlarını İrandan Ermənistan vasitəsilə çıxardı

Hindistan öz vətəndaşlarını İrandan çıxarmağa başlayıb və buna “Sindhu əməliyyatı” adını da qoyub.   Sfera.az xəbər verir ki, Hindistan s...

Tramp köməkçilərini topladı: İran müzakirəsi...

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı köməkçiləri ilə müşavirəyə başlayıb.   Sfera.az xəbər verir ki, bu barədə &l...

Sergey Bezrukov Bakıdadır

Aktyor Murad İsmayıl Bakıda rusiyalı məşhur həmkarı Sergey Bezrukovla görüşüb.   Sfera.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb....

Əvvəllər zibil kimi atılırdı, indi kilosu 100 manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. &...

Nihal Candanın vəzyiyyəti kritikdir

Çəkisi 23 kiloqrama qədər düşən və hazırda reanimasiyada olan türkiyəli sosial media fenomeni Nihal Candanın vəziyyəti daha da ağırlaşıb.   Sfer...

Osmanlı dövründə baş verən ürpədici ''Vampir'' hadisəsi - FOTOLAR

1833-cü ildə Bolqarıstanın Tirnova şəhərində baş vermiş "vampir" hadisəsi Osmanlı xalqının onurğasını titrədən bir dəhşət hekayəsidir. Cadugər və kabu...