Ermənistan vaxtı uzatdı - Sülh sazişi nə zaman imzalanacaq?

Ermənistan vaxtı uzatdı - Sülh sazişi nə zaman imzalanacaq?

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Anadolu Agentliyinə müsahibəsində qeyd edib ki, sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasında dəyişiklik edilməlidir. Ermənistan tərəfi isə bildirir ki, Konstitusiya dəyişikliyi 2026-cı ildə parlament seçkilərindən sonra mümkündür. Daha çox ehtimal edilən tarix 2027-ci ildir. 

 

Belə anlaşılır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə imzalanmayacaq. Bəs müqavilənin imzalanması üçün ən qısamüddətli proqnoz nə zamandır?    

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Ermənistan tərəfi prosesi uzatmaqla konkret olaraq sülh gündəliyinin üstündən xətt çəkir.  

 

Onun sözlərinə görə, əgər indiki 17 bəndlik sənədlə hər hansı bir müqavilə bağlansa, bu, yekun sülh müqaviləsidir və Ermənistan konstitusiyasına zidd olacaq:

 

“Ona görə də Azərbaycan konkret olaraq Ermənistana konstitusiyanın dəyişməsini tələb edir və Ermənistan bunu iki ay ərzində də həll edə bilər, amma həll etmir. Əksinə, daha çox silahlanır, müəyyən bir regional və beynəlxalq konyunkturanın lehinə dəyişməsini gözləyir. Konstitusiyanın dəyişməsinə iki il var. Bu iki il müddətində Ermənistan hərbi təxribatlara əl ata bilər. Onlar çalışır ki, Azərbaycana qarşı hərbi təxribat etməklə Azərbaycanı bir növ müharibə istəyən kimi təqdim etsin və sülh danışıqlarında öz mövqeyini möhkəmləndirsin. Ermənistanın əsas məqsədlərindən biri məhz budur”. 

 

Politoloq qeyd edib, Ermənistan hərbi təxribatlar törədir, sülh pozursa, deməli, müharibə davam edir. 

 

“Ermənistan hər gün şərti sərhəddə atəşkəsi pozur, silahlanır, şərti sərhəddə atəş mövqeləri qurur, artilleriya və raket batareyalarını yerləşdirir. Yəni göründüyü kimi Ermənistan hələ sülhə tələsmir, yalnız prosesləri manipulyasiya etməklə, beynəlxalq konyunkturanı aldatmaqla məşğuldur”,- M.Əsədullazadə vurğulayıb.   

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...