ABŞ Çini gücdən salmağı seçdi - Növbəti qərar nə olacaq?

ABŞ Çini gücdən salmağı seçdi - Növbəti qərar nə olacaq?

Ağ Evin aparatının rəhbəri müavini Stiven Miller Çinlə bağlı çağırış edib.  O, ABŞ-nin elektronika məhsullarına tətbiq etdiyi tarif siyasəti və 90 günlük tarif pauzası barədə danışarkən, Çin üçün deeskalasiya yolunu seçməyin ağıllı olacağını bildirib. Miller həmçinin Çinin qlobal ticarət sistemini təhrif etdiyini vurğulayıb.  

 

ABŞ Çinin iqtisadi baxımdan zəiflədilməsi üçün nə edə bilər? Hansı imkanlara sahibdir?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli ABŞ və Çin arasında baş verən ticarət savaşının olduqca təhlükəli və mürəkkəb bir proses olduğunu deyib. 

 

Politoloqun fikrincə, bu situasiyada hər iki tərəfin həm güclü, həm də zəif cəhətləri mövcuddur:

 

“Bu səbəbdən də ticarət müharibəsində ABŞ-nin, yoxsa Çinin qalib gələcəyini öncədən dəqiq şəkildə müəyyənləşdirmək mümkün deyil. Hazırda müşahidə olunan əsas məqam odur ki, Çinə qarşı başlanan ticarət savaşı əksinə, ABŞ-nin öz əleyhinə çevrilməkdədir. Belə ki, Çin ABŞ ilə çətinləşən ticarət əlaqələrini tədricən dünyanın digər bölgələrinə, xüsusilə Avropa məkanına yönəltməyə başlayıb”.

 

E.Xalidbəyli digər tərəfdən, ABŞ üçün problem yaradan əsas amillərdən bəhs edərək qeyd edib ki, bu ölkə yalnız Çinlə deyil, eyni zamanda Avropa Birliyi ilə də ticarət gərginliyi yaşayır.

 

Onun sözlərinə görə, rüsumların tədricən artırılması Avropa İttifaqını Çinə daha çox yaxınlaşmağa və onunla ticarət əməkdaşlığını genişləndirməyə məcbur edir:

 

“Nəticədə həm Çin, həm də Avropa İttifaqı ABŞ ilə azalan ticarət əlaqələrini bir-birilə əməkdaşlığı artırmaqla kompensasiya etməyə çalışırlar. Bu isə ABŞ üçün əlverişli bir ssenari deyil. Əgər bu proses bu şəkildə davam edərsə, ABŞ tədricən öz tərəfdaşlarını itirə və rəqibləri öz ticari strategiyalarını ABŞ-dən yan keçməklə formalaşdıra bilərlər.

Belə görünür ki, hələlik ABŞ-nin Çinə qarşı başladığı ticarət savaşı Tramp administrasiyasının gözlədiyi nəticələri vermir. Mövcud vəziyyətdən ən çox narahat olan tərəf məhz ABŞ ola bilər”.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...