Daha bir güləşçimiz Avropa çempionu oldu

Daha bir güləşçimiz Avropa çempionu oldu

Azərbaycanın daha bir yunan-Roma güləşçisi, Qurban Qurbanov Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatının qalibi olub.


Sfera.az xəbər verir ki, 82 kq çəki dərəcəsində yarışan idmançı macarıstanlı rəqibi Erik Silvassini məğlub edib.

 

Görüşdə 6:0 hesabı ilə qalib gələn Q.Qurbanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, güləşçinin böyüklər arasında ilk Avropa çempionluğu olub.



Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 1 qızıl, 1 gümüş və 4 bürünc mükafata sahib çıxıblar. Giorgi Meşvildişvili (125 kq) Avropa çempionu olub, Osman Nurməhəmmədov (92 kq) gümüş, İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc medala sahib çıxıblar.


Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), Nihat Məmmədli (60 kq) qızıl, Eldəniz Əzizli (57 kq) gümüş, İslam Abbasov (87 kq) bürünc medal qazanıb.
 

Azərbaycanın sərbəst güləş millisi komanda hesabında Avropa çempionu olub. Qadınlardan isə Jalə Əliyeva (57 kq) bürünc mükafat əldə edib.


OXŞAR XƏBƏRLƏR

Bu ərazilərdə sabah qaz olmayacaq

Xəzər rayonu, Qala qəsəbəsində qaz tənzimləyicinin quraşdırılması, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində isə qaz xətlərinin kipliyə sınaq olunması məqsədi ilə s...

Kamran Əliyev Baş Prokurorluqda bəzi idarələrə rəis təyin edib

Baş Prokuror Kamran Əliyevin əmri ilə Baş Prokurorluqda bəzi idarə rəisləri təyin edilib.   Sfera.az xəbər verir ki, Abdullayev Natiq Saleh oğlu Dövl...

Prezident: Türkiyə və Azərbaycan bir-birinin yanında inamla, uğurla irəliləyir

Biz yaxşı günlərdə də, ağır günlərdə də daim bir-birimizin yanındayıq, bir-birimizin gücünü artırırıq və bu gün Türkiyə-Azərbaycan qardaşlığı, birliyi nəinki bö...

Ərdoğan Kahramanmaraşda “Qarabağa məktub” şeirini səsləndirib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk şair və jurnalist Abdurrahim Karakoçun “Qarabağa məktub” şeirini səsləndirib.   Sfera.az &ld...

İranda daha bir "Mossad" agenti SAXLANILDI – VİDEO

  İranın xüsusi xidmət orqanları Tehranda İsrailin "Mossad" kəşfiyyat qurumuna işləyən agenti saxlayıb.   Sfera.az xəbər verir...

Azərbaycan xalqı 6 fevral faciəsini öz faciəsi kimi qəbul etdi

Azərbaycan xalqı bu faciəni (2023-cü il fevralın 6-da baş verən zəlzələni) öz faciəsi kimi qəbul etdi.   Sfera.az xəbər verir ki, bu sözləri Preziden...