Direktorun qızı: "Azəri məhkəməyə verəcəyik"
Cəmiyyət
23:05 / 27.01.2017
1985
Atamın vəfatına səbəbkar olan Azər İsmayılovdur.
Sfera.az xəbər verir ki, bu sözləri ATV-nin "Yoxlama” verilişinin aparıcısı Azər İsmayılovun çəkiliş apardığı 171 saylı orta məktəbin vəfat edən direktorunun qızı deyib.
Mərhum direktor Telman Qardaşovun qızı bildirib ki, Azər hər şeyə görə cavab verməlidir:
"O, gəlib qanunsuz şəkildə çəkiliş aparmasaydı, bunu efirə verməsəydi, atam indi sağ idi. Onu məhkəməyə verəcəyik".
Mərhumun evində alınan digər məlumata görə, dünən günorta saatlarında məktəbə iki valideyn gəlib. Onlar mərhum direktorla mübahisə ediblər və, o, bu mübahisədən sonra dünyasını dəyişib.
mənbə: musavat.com