Həyatını ağ vərəqə çəkib, göz yaşı axıtdı


Həyatını ağ vərəqə çəkib, göz yaşı axıtdı

Müğənni Rahidə Baxışova efirdə göz yaşlarına qərq olub.

 

Sfera.az xəbər verir ki, kövrək anlar sənətçinin qonaq olduğu "İncə səhər" verilişində yaşanıb.

 

Proqramda Baxışovadan həyatını ağ vərəğə çəkməsi istənilib. Daha sonra Rahidə çəkdiklərinin şərh edərək ağlayıb.


"İçimdə böyüməmiş bir uşaq var. Ağ vərəqdə bu şəkilləri çəkərək o illərə qayıtdım. Yaşadıqlarımın hamısını burada əks etdirə bilmirəm. Çünki yaşadığım həyat hekayəsi bu vərəqə sığmaz. Amma bacardığım qədər çəkdim (ağlayır).

 

Çəkdiyim ağacın bir tərəfi yarpaqları tökülmüş, digəri isə çiçəklənmişdim. Bu da mənim atamla əlaqədardır. Onun əvvəlcə olması sonra isə olmamasıdır (atası itkin düşüb). Biraz çətin yollar. Uşaqlıqda ağır yollardan keçmişəm. Qara buludlar, yaşıllıq, günəş... Günəş mənim populyarlıq dövrümdür. Bunlar arzu, istəklərimdir. Sənətə addımlarımı atandan sonra bu həyatı dərk etmişəm.


Bacardığım qədər özümə istədiklərimi qurmuşam. Bunlar mənim uşaqlığımdır. Çox qəribədir ki, bunları rəngli də çəkmək olardı... Amma içimdəki o rənglər elə deyil. İçimdəki rənglər bu idi. Sonra həyatımda açan çiçəklər, güllər... Çəkdiyim ürək isə sənətə, həyata olan sevgimdir. Bəlkə sevib, ailə qurduğum...

 

O ürəyin içinə bütün sevgimi sığdırmışam. Həyat keşməkeşlidir. Bəzən istədiyin kimi olmur. Sonda özümə... (ağlayır) Çox çətindir bu anlar mənim üçün.
 

Arzum sağlam və xoşbəxt həyat yaşamaqdır" - deyə, Rahidə fikirlərini ifadə edib.


Qeyd edək ki, Rahidə Baxışova iki dəfə ailəli olub, boşanıb. Onun birinci evliliyindən bir oğlan, ikinci evliliyindən isə Zahra adında bir qız övladı var. Müğənninin övladları arasında 12 yaş fərqi var./Milli.Az


OXŞAR XƏBƏRLƏR

Makron Ərdoğanla görüşdə özünü alçalmış duruma salıb - VİDEO

Fransada "Patriotlar" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçiv...

Azərbaycanda kişi keçmiş sevgilisinə görə iki nəfəri bıçaqladı

Şirvan şəhər sakini keçmiş sevgilisinə görə iki nəfəri bıçaqlayıb.   Hadisə şəhərin Heydər Əliyev prospekti, 58 ünvanında baş verib. Şəhər sakini Elx...

Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi

İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva finala vəsiqə qazanıb.   Sfera.az xəbər ver...

“Avroviziya”da erməni təxribatının qarşısı alındı

Ötən gün keçirilən ikinci yarımfinalın məşqlərində Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə arxa fonda iki böyük qurğu yerləşdirilmişdi. &n...

Sahibə Qafarova Papanın andiçmə mərasimində iştirak edəcək

Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Roma Papası XIV Leonun rəsmi andiçmə mərasimində iştirak etmək üçün...

Dəhşətli dolu və daşqınlar nəticəsində İspaniya su altında qaldı - FOTO

İspaniyanın kurortları yenidən su altında qalıb. Turistik bölgələri nadir və təhlükəli təbiət hadisəsi nəticəsində su basıb.    Sfera.az bildiri...