"Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"


"Allah şahiddir ki, ona demişdim, get, həyatını qur"

"2006-cı ildə salonda olanda dostumun maşını oradan keçirdi. Onunla görüşəndə gördüm onu, belə tanış olduq. İkinci dəfə ailə qurmaq ağlımda yox idi. Təklif onun tərəfindən gəldi. Bizim münasibətimizdə məntiq daha çox rol oynadı".

 

Sfera.az xəbər verir ki, Əməkdar artist Nüşabə Ələsgərli "Həftənin qonağı" verilişində deyib. O, həyat yoldaşı Rza ilə necə ailə qurmalarından danışıb:

 

"O, Kanadaya getməyə hazırlaşırdı. Onun 32 yaşı var idi, mənim isə 38. Tanış olandan sonra onun qəlbində başqa hisslər də yarandı. Mənə təklif edəndə gülməyim gəldi. Bir azərbaycanlı ana olaraq istəməzdim ki, subay oğlum ailə qurub boşanmış biri ilə evlənsin. Onun tərəfindən düşündüm. Anam da bu mövzunun çox əleyhinə idi. Ona dedim ki, "olmaz". Vizası gəldi, o da çıxıb getdi Kanadaya. 4 aydan sonra bir də gördüm ki, qayıdıb. Söylədi ki, "fikrim ciddidir, orada qala bilmədim". Allah şahiddir ki, mən ona demişdim, get, həyatını qur. Toyda idim zəng gəldi, hava limanında dostu ilə onu qarşıladım. Pis çıxmasın, məcbur qaldım, çünki mənə görə bu qədər qurban verib. Anam razılaşmırdı. O, köhnə fikirli idi. Elə mən də o cür fikirliyəm. Əslində anam haqlıdır. Həyat yoldaşımın qəşəng sözlər deməyi yoxdur, onda hər şey əməldədir".

 

N.Ələsgərli həyat yoldaşının ailəsinin buna münasibətini açıqlayıb:

 

"Toy olmadı. Ailəsi o, Kanadaya getməzdən əvvəl də bilirdi. Onlara nə deyib bilmirəm. Gördülər ki, qayıdıb gəldi. Mən getməmişdim ki, Kanadaya, o gəlmişdi. Təbrizdə yaşyırlar. Evlərində olmuşam. Atası da, anası da məni yaxşı qarşılayırlar".

 

Sənətçi övladları ilə Rza arasındakı münasibəti isə belə şərh edib:

 

"Həyat yoldaşımla çox yaxın dostuq. Arzulayıram ki, hər ailədə ər-arvad dost olsun. Sevginin bir müddətdən sonra bitdiyi an olur. Dostluq isə uzun müddət davam edir. Mənim övladlarım anamın yanında böyüdülər. Mən evdə tapılmıram. Həmişə iş adamı olmuşam. Ancaq günorta, nahar vaxtı anamgilə gedib uşaqları görmüşəm. Uşaqlarım universitetə girəndə bizim yanımıza gəldilər. Aramızdakı münasibətlə çərçivədə olub. Uşaqlarım həyat yoldaşıma "Siz" deyə müaraciət ediblər. O da eyni ilə. Hər kəs yerini bilməlidir. Amma bilirəm ki, onlar bir-birilərini çox istəyirlər".

 

Qeyd edək ki, Nüşabə Ələsgərlinin birinci evlilikdən bir oğlan və bir qız övladı var. (Axsam.az)


OXŞAR XƏBƏRLƏR

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ qeydə alınıb.   Bu barədə Sfera.az-a Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.   Yerli vaxtla saat 21.1...

Düşənbədə Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mayın 19-22-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan mədəniyyəti günləri keçiriləcək.   Sfera.az-a xəbər verir ki, bu barədə Azərbaycan ...

Makron Ərdoğanla görüşdə özünü alçalmış duruma salıb - VİDEO

Fransada "Patriotlar" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçiv...

Azərbaycanda kişi keçmiş sevgilisinə görə iki nəfəri bıçaqladı

Şirvan şəhər sakini keçmiş sevgilisinə görə iki nəfəri bıçaqlayıb.   Hadisə şəhərin Heydər Əliyev prospekti, 58 ünvanında baş verib. Şəhər sakini Elx...

Leyla Əliyevanın qızı dünya çempionatında finala yüksəldi

İtaliyanın Peruca şəhərində keçirilən Kunq Fu üzrə Dünya Çempionatında Azərbaycan idmançısı Əminə Əliyeva finala vəsiqə qazanıb.   Sfera.az xəbər ver...

“Avroviziya”da erməni təxribatının qarşısı alındı

Ötən gün keçirilən ikinci yarımfinalın məşqlərində Ermənistan təmsilçisinin çıxışı üçün hazırlanan səhnəcikdə arxa fonda iki böyük qurğu yerləşdirilmişdi. &n...