Azərbaycanda video operator faciəvi şəkildə öldü - FOTO

Azərbaycanda video operator faciəvi şəkildə öldü - FOTO

Lənkəranda kişi iynədən sonra ölüb.

 

Sfera.az-ın məlumatına görə, hadisə rayonun Viyən kəndində baş verib. Kənd sakini 1993-cü il təvəllüdlü İmran İqbal oğlu Məmmədovun hərarəti yüksək olub. Yaxınlarının deməsinə görə evdə ona qonşu tərəfindən antibiotik iynəsi vurulub. Vurulan iynədən sonra İ.Məmmədovun halı pisləşib və evə təcili tibbi yardım çağrılıb. Deyilən ünvana təcili tibbi yardım briqadası gedib. Buna baxmayaraq İ.Məmmədovda həkiməqədər ölüm faktı qeydə alınıb. 

 

Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün dəqiq səbəbləri məlum olacaq.

 

Qeyd edək ki, İmran Məmmədov yerli televiziya kanalında operator vəzifəsində çalışıb. Televiziya kanalı ilə müqaviləsi bitdikdən sonra toylarda çəkiliş edirdi. Bu gün də o, şadlıq saraylarının birində toy məclisini çəkməli idi.

 

Faktla bağlı araşdırma aparılır. (Unika)

 

Məqaləyə dair fotomateriallar:

 

  •  

OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Uinston Çörçilin Londondakı mənzili 5 milyon dollara satışa çıxarılıb - FOTOLAR

Böyük Britaniyanın paytaxtı Londonda keçmiş baş nazir Uinston Çörçilin iqamətgahı 5 milyon dollara satışa çıxarılıb.   Sfera.az bildirir ki, iki otaq...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...