Qızıl yaxşı pul qazandırır - Son bir ildə 38 faiz bahalaşıb

Qızıl yaxşı pul qazandırır - Son bir ildə 38 faiz bahalaşıb

Qızılın bahalaşması davam edir. Bu gün xalis qızılın bir troya unsiyasının (31,1 qram) qiyməti bir qədər də bahalaşaraq 3250 dollara çatıb. 
Hazırda qızılın bir qramının qiyməti 104-105 dollardır. Bu qiymət milli valyuta ilə hesablasaq 177-179 manata bərabərdir.


Sfera.az bildirir ki, qızılın bahalaşması artıq üçüncü ildir ki, davam edir. Rusiya-Ukrayna müharibəsi başlayanda qızılın bir troya unsiyasının qiyməti 1700 dollar (qramı 55 dollar) idi.

 

Bir il əvvəl qızılın qiyməti 2300 dollara (qramı 74 dollar), hazırda isə 3250 dollara çatıb. 


Müqayisə göstərir ki, müharibə başlayandan qızılın dəyəri 1550 dollar, yəni 91 faizdən çox artıb. Son bir ildə isə qızıl 38 faizə yaxın bahalaşıb. Başqa sözlə, 3 il əvvəl 1000 dollarlıq qızıl alanlar hazırda 1910 dollar vəsaitə sahibdir. Yalnız son bir ildə qızıl hər 1000 dollarda 380 dollar qazanc gətirib. 


Qızılın son aylarda bahalaşmasında Tramp faktoru mühüm rol oynayır. Trampın ticarət müharibələrini gücləndirməsi, eyni zamanda ABŞ-də yeni administrasiyanın seçilməsindən sonra qlobal risklərin artması qızılı bahalaşdırır. 


Proqnozlara görə, qızılın dəyəri hələ bir qədər də bahalaşacaq və qiymətdə yeni rekordlar qeydə alınacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Azad edilmiş daha 8 rayona şəxsi maşınla GETMƏK OLACAQ

Vətəndaşların işğaldan azad edilmiş ərazilərə fərdi avtomobillərlə səfərlərinin istiqamətləri genişləndirilir.   Sfera.az xəbər verir ki, bu bar...

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

ABŞ Prezidenti Donald Tramp Suriya administrasiyasının yeni rəhbəri Əhməd əş-Şara ilə görüşüb.   Sfera.az xəbər verir ki, bu barədə “Əl Ər...

Tramp suriyalıları sevindirdi - Sanksiya qərarı coşqu ilə qarşılandı - FOTO -VİDEO

Suriyada küçələr və meydanlar ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etmə qərarından sonra bayram əhval-ruhiyyəsi ilə dolub-daşdı.   Sfera.a...

Günahsız olduğu bilindi - 38 ildən sonra azadlığa buraxıldı - FOTO

1987-ci ildə törədilən qətldə təqsirləndirilərək 38 il həbsdə saxlanılan Böyük Britaniya vətəndaşı 68 yaşlı Piter Sallivanın cinayət hökmü yeni genetik sübutlar...

DİN əməliyyat keçirdi: Saxlanılan var – VİDEO

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə...

Bu şəxslərə pulsuz ev veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən ...