Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gündən etibarən…

Əhaliyə VACİB XƏBƏRDARLIQ - Bu gündən etibarən…

Son günlər Bakıda müşahidə edilən hava şəraiti yaz fəslinə xas olmayan sərinliklə müşayiət olunur. Bir neçə gün öncə 25-30 dərəcə olan hava temperaturu hazırda cəmi 9 dərəcəyə qədər enib. Şəhərdə həmçinin yağış və güclü külək müşahidə olunur.

 

 

Sfera.az yenisabah-a istinadən xəbər verir ki, sinoptiklər bu vəziyyəti şimaldan gələn soyuq hava axınları və bölgədə aktivləşən atmosfer cəbhələri ilə əlaqələndirirlər: Mütəxəssislər bildirirlər ki, bu cür kəskin hava dəyişikliyi bəzi əhali qrupları üçün risklidir.

 

Xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslər bu günlərdə daha ehtiyatlı olmalıdır. Belə hava şəraiti tənəffüs yolları infeksiyalarının, soyuqdəymənin və astma kimi xəstəliklərin artmasına səbəb ola bilər.

 

Eyni zamanda, hava dəyişiklikləri psixoloji vəziyyətə də təsir göstərə bilər - halsızlıq, yuxusuzluq və əhval dəyişikliyi bu günlərdə çox insanın qarşılaşdığı hallardandır.

 

Sinoptiklər yaxın günlərdə havanın nisbətən sabitləşəcəyini proqnozlaşdırsalar da, vətəndaşlara isti geyinmək, nəmlənməməyə diqqət etmək və bədənin müqavimətini qorumaq tövsiyə olunur.


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...