Bələdiyyə sədri və biznesmen əmiləri saxlanıldı


Bələdiyyə sədri və biznesmen əmiləri saxlanıldı

Balakəndə biznesmen qardaşlar saxlanılıblar.

 

Sfera.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, Telman Əhmədov, qardaşı Elçin Əhmədov və qardaşı oğlu Nurlan Əhmədov Yol Polis Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb polisə tabesizlik olub.

 

Belə ki, Nurlan Əhmədov və əmiləri Balakən şəhərində restoranların birində yeyib-içiblər. Gecə saatlarında Nurlan Əhmədov idarə etdiyi "Rənc Rover" markalı avtomobillə Balakən şəhərindən Talalar kəndi ərazisinə qaydarkən yol polisi tərəfindən saxlanılıb. Avtomobildə Telman Əhmədov da olub.

 

O, əmisi Elçin Əhmədova zəng vuraraq bildirib ki, yol polisi onları Talalar kəndi ərazisində qayda pozuntusuna görə saxlayıb. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşaraq, təhlükəsizlik kəmərindən istifadə etmədiyini, eyni zamanda spirtli içki qəbul etdiyini bildiriblər.

 

Nurlan Əhmədov və əmisi Telman Əhmədov polislə mübahisə edib.

 

Nurlan Əhmədovun digər əmisi Elçin Əhmədov da içkili halda idarə etdiyi "Leksus" markalı maşınla hadisə yerinə gəlib. O da polislə mübahisə edib, niyə görə onun qohumlarını saxladıqlarını soruşaraq, etirazını bildirib və onların xidməti vəzifələrini yerinə yetirmələrinə maneəçilik törətməyə başlayıb.

 

Kömək məqsədi ilə hadisə yerinə polis əməkdaşları çağrılıb. Nəticədə hər üç şəxs saxlanılıb.

 

Məhkəmənin qərarı ilə Elçin Əhmədov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 15 gün müddətinə həbs edilib. Nurlan Əhmədov və əmisi Telman Əhmədov müvafiq maddə ilə cərimə edilib.

 

Qeyd edək ki, Nurlan Əhmədovun Balakən rayonu, Talalar bələdiyyəsinin sədri, əmiləri Telman və Elçin Əhmədovların Azərbaycanda və Rusiyada bizneslə məşğul olduqları deyilir.


OXŞAR XƏBƏRLƏR

Yekaterinburqda öldürülənlərin meyitləri bu tarixdə Azərbaycana yola salınacaq

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri iyunun 30-da Azərbaycana yola salınacaq. &nbs...

Maksim “Qarabağ-2”nin baş məşqçisi oldu

“Qarabağ”ın əvəzedici komandasında məşqçi dəyişikliyi olub.   Sfera.az xəbər verir ki, Ağdam klubunun sabiq kapitanı Maksim Medvedev...

"Real" Almaniya millisinin hücumçusunu transfer edə bilər

İspaniyanın "Real" klubu "Ştutqart" və Almaniya yığmasının hücumçusu Nik Voltemadeni transfer etmək istəyir.   Sfera.az  &qu...

Zelenski: "Ukrayna Trampın komandası ilə ünsiyyəti davam etdirəcək"

Ukrayna nazirliklər və Prezident Ofisinin rəhbəri səviyyəsində ABŞ Prezidenti Donald Trampın komandası ilə ünsiyyəti davam etdirəcək.   Sfera.az &quo...

Cümşüd “lyuk”a düşməyib, sən demə...- VİDEO

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o kanalizasiya xəttinə d...

Türkiyədə daş karxanasında uçqun olub, ölən və yaralananlar var

Türkiyənin Ərzurum əyalətinin Oltu rayonundakı daş karxanasında baş verən uçqun nəticəsində, ilkin məlumata görə, bir fəhlə ölüb, ikisi ağır yaralanıb.  ...