Camal Əfəndi beynəlxalq mükafata LAYİQ GÖRÜLDÜ - FOTO

Camal Əfəndi beynəlxalq mükafata LAYİQ GÖRÜLDÜ - FOTO

Bakı şəhəri İlqar İbrahimov adına 167 nömrəli tam orta məktəbin şagirdi Camal Əfəndi beynəlxalq mükafatlara layiq görülüb.

 

Sfera.az xəbər verir ki, C.Əfəndi 2025-ci il mart ayında Nyu Yorkda BMT- nin baş ofisində keçirilən “Change the World MUN” konfransında ölkəmizi uğurla təmsil edib.

 

194 ölkədən qatılmış 7000 gəncdən ibarət olan konfransda 15-18 yaşlı nümayəndələr arasında 10 mükafatdan ikisini Azərbaycan qazanıb. 
 

 

Həmin mükafatları qazanan şagirdlərimizdən biri də Camal Əfəndidir.

 

O, beynəlxalq məsələlərin müzakirəsində analitik düşüncə tərzi, mükəmməl nitq qabilliyyəti, araşdırma və s qabilliyyətinə görə “Best Delegate” və “Best Delegation” mükafatlarına layiq görülüb.  Daha sonra Camal Əfəndi BİC - ofisinə dəvət alıb. 



Onu da qeyd edək ki, bu Camal Əfəndinin iştirak etdiyi ikinci beynəlxalq miqyaslı tədbir olub. Onun iştirak etdiyi ilk tədbir Fransada UNESCO-nun baş ofisində olub. Həmin vaxt o, “Honorable Mention” mükafatına layiq görülmüşdü.
 

Camal Əfəndi ilə yanaşı, Alpay Novruzov, Bakı şəhəri İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyinin 10-cu sinif şagirdləri Lalə Musayeva və Omar Qurbanov da CWMUN konfransında nailiyyətlər əldə ediblər. Belə ki, adları çəkilən hər iki məktəbli “Change the World Model United Nations New York 2025”də ölkəmizi BMT-nin baş ofisində təmsil ediblər.

 

194 ölkədən bir araya gələn 7000 gənc arasında şagirdlərimiz “Honourable mention” mükafatına layiq görülüblər.
 

Məlumat üçün bildirək ki, CWMUN - BMT formatında keçirilən konfransdır. Bu tədbir diplomatiya ilə maraqlanan gənclərin, şagirdlərin bir araya gəlib beynəlxalq məsələləri müzakirə edib, həll yolunu tapma platformasıdır.


Konfransa qatılan iştirakçılar müxtəlif ölkə və təşkilatları təmsil edərək müzakirə bacarıqlarını inkişaf etdirirlər. Bunun üçün iştirakçılar geniş tədqiqat aparmalı, sosial ədalət, insan haqları, ekoloji problemlər, səhiyyə və digər məsələlərə dair müzakirələr etməlidirlər.
 

Vətənimizi layiqincə təmsil edən gənclərimizə uğurlar arzu edirik. 














OXŞAR XƏBƏRLƏR

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Ze...

Ceyhun Bayramov rəsmi səfərə yollandı

Xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. &...

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.   Sfera.az bildirir ki, Elektron Təhlükəsi...

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...

Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı

Bakının Nəsimi rayonunda, keçmiş “Nəsimi bazarı”nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır.   Bu...