Azərbaycanda yeni institut yaradıldı


Azərbaycanda yeni institut yaradıldı

Bakı Mühəndislik Universitetinin nəzdində yeni institut yaradılıb.

 

Sfera.az Valyuta.az-a istinadla xəbər verir ki, rəhbəri Şahin Əlibala oğlu Orucov olan institut Tədqiqat və Layihə İnstitutu MMC adı altında fəaliyyət göstərəcək.

 

BMU-nun bu institutu üçün nizamnamə kapitalı da müəyyən edilib. Belə ki, bu institut 300 manat kapitalla yaradılıb. Binası isə elə Bakı Mühəndislik Universitetinin ərazisində yerləşir.

 

Qeyd edək ki, Bakı Mühəndislik Universiteti 8 noyabr 2016-cı il tarixində, ləğv olunmuş Qafqaz Universitetinin bazasında yaradılıb. Universitetin rektoru Yaqub Piriyevdir. O, 2023-cü ildə bu vəzifəyə təyin edilib.


OXŞAR XƏBƏRLƏR

Fidan: İstanbulda Rusiya – Ukrayna danışıqları konstruktiv keçib

Türkiyənin xarici işlər naziri Hakan Fidan iyunun 2-də İstanbulda Ukrayna üzrə birbaşa danışıqların ikinci mərhələsinin konstruktiv şəraitdə keçdiyini bildirib....

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Ze...

Ceyhun Bayramov rəsmi səfərə yollandı

Xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. &...

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.   Sfera.az bildirir ki, Elektron Təhlükəsi...

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...