Marsda sivilizasiya olub – "Amma atılan nüvə bombaları..."

Marsda sivilizasiya olub – "Amma atılan nüvə bombaları..."

Harvard Universitetinin alimi Con Brandenburq maraqlı bir iddia ilə çıxış edib. Onun iddiasına görə, Marsda bir zamanlar sivilizasiya mövcud olub. Amma yadplanetlilər tərəfindən Mars planetinə atılan nüvə bombaları nəticəsində bu sivilizasiya məhv edilib. Alimin fikrincə, bu hücum nəticəsində “Kydoniyalılar” və “Ütopyalılar” adlandırılan qədim marslılar soyqırıma məruz qalıb. 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Brandenburq iddiasını Mars atmosferində qeydə alınan yüksək səviyyəli “Xenon-126” və “Xenon-129” izotoplarının mövcudluğu ilə əsaslandırır. Bu izotoplar xüsusilə nüvə partlayışları zamanı yaranır. Onun sözlərinə görə, bu elementlərin konsentrasiyası Marsda qeyri-adi dərəcədə yüksəkdir. Alim qeyd edib ki, bu vəziyyət Yer kürəsindəki nüvə sınaq sahələrində müşahidə olunan mənzərə ilə oxşarlıq təşkil edir.


NASA-nın məlumatına görə, Marsın Kydonia bölgəsində "Xenon-126" izotopu gözləniləndən daha yüksək səviyyədədir. Həmin bölgə həmçinin görünüşcə insan üzünü və piramidaları xatırladan meqalitik strukturlarla zəngindir. NASA bu formaları optik illüziya adlandırsa da, Brandenburq onların qədim nüvə partlayışlarından sonra yaranan qalıqlar olduğuna inanır.


Alim əlavə edib ki, Mars bir vaxtlar Yerə bənzər iqlimə, bitki və heyvanlara sahib olub. Burada yaşayan canlılar qədim misirlilər qədər inkişaf etmiş sivilizasiya qurmuşdular. 


Mütəxəssislər isə Brandenburqun nəzəriyyəsini elmi sübutlardan uzaq və şübhəli sayır, Mars səthində bu cür nüvə partlayışlarına dair konkret izlərə rast gəlinmədiyini vurğulayırlar.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...