Küləkli yaz Bakı sakinlərini yenə sınağa çəkdi - FOTOLAR

Küləkli yaz Bakı sakinlərini yenə sınağa çəkdi - FOTOLAR

Son günlərdə paytaxt Bakıda müşahidə olunan güclü külək şəhər həyatını hiss olunan dərəcədə təsirləndirib. Bir neçə gün müşahidə edilən isti havalardan sonra Bakıda soyuq və küləkli hava hakim kəsilib. Havaların küləkli və soyuq keçməsi şəhər sakinlərinin yenidən qış paltarlarını geyinməsinə, şəhər gəzintilərini təxirə salmağa məcbur edib. Xüsusilə dənizkənarı bulvar və açıq meydanlarda külək həyat ritmini bir qədər yavaşladıb. 


Sfera.az saytının fotoqrafı Bakının küləkli günündə şəhər həyatını əks etdirən mənzərələri çəkib.


Fotolardan görünür ki, sakinlər küləyə qarşı mübarizə aparır, bir çoxları isə bu təbii hadisəni gündəlik həyatın ayrılmaz bir hissəsi kimi qəbul edir.

 

Külək əsasən səhər və axşam saatlarında güclənir. Bu isə küçədə olan insanların geyimindən tutmuş, hərəkət tərzinə qədər hər şeyə təsir edir. Qadınların saçları küləkdə dağılır, kişilər papaqlarını tutmağa çalışır, valideynlər isə uşaqları küləkdən qoruyur. Şəhərin bəzi hissələrində küləyin gücü elə artır ki, çətir açmaq mümkünsüz hala gəlir.


Meteoroloqlar bildiriblər ki, bu, Bakı üçün adi haldır və yaz aylarında küləkli hava tez-tez müşahidə olunacaq. Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, aprel və may aylarında mülayim temperaturla yanaşı, şimal-qərb və ya şimal-şərq küləklərinin artması gözlənilir. Bu isə, şəhərdə gündəlik həyatın müəyyən qədər çətinləşməsinə səbəb ola bilər.


Bəsti Rəfizadə

 

 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...