Sumqayıtda sahibsiz itlərlə bağlı tədbirlər görüləcək: "Xüsusi tapşırıqlar verilib"

Sumqayıtda sahibsiz itlərlə bağlı tədbirlər görüləcək: "Xüsusi tapşırıqlar verilib"

Sumqayıtda sahibsiz itlər eyni uşaq bağçasında təhsil alan 9 uşağa müxtəlif vaxtlarda hücum ediblər. Azyaşlılar alıdıqları bədən xəsarətləri ilə əlaqədar Sumqayıt Şəhər Uşaq Xəstəxanasına çatdırılıblar. 


Məsələ ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətindən Sfera.az-a bildirilib ki, icra qurumları bu kimi hadisələrin qarşısını almaq və şəhər sakinlərinin təhlükəsizliyini təmin etmək məqsədilə sahibsiz itlərin yaşayış ərazilərindən uzaqlaşdırılması istiqamətində fəaliyyətlərini daha da gücləndiriblər.

 

"Şəhər rəhbərliyi, təhlükə yaradan itlərin yığılması və nəzarət altına alınması üzrə tədbirlərin gücləndirilməsi üçün aidiyyəti qurumlara xüsusi tapşırıqlar verib", - deyən
Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Eyvaz Qocayev qeyd edib ki, sahibsiz itlərin hücumuna məruz qalan uşaqların sayı bir qədər az olub:

 

“Əslində, bu yaxınlarda baş verən hadisədə doqquz yox, beş uşaq zərər çəkib. Ancaq bu, təhlükənin ciddiliyini azaltmır. Bizim əsas məqsədimiz şəhərimizdə küçə itlərinin yaratdığı təhlükəni minimuma endirməkdir. Bu istiqamətdə artıq davamlı tədbirlər həyata keçirilir və biz bu tədbirləri daha da gücləndirmək üçün aidiyyəti qurumlara xüsusi tapşırıqlar verdik. Sahibsiz itlərin yığılması və təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılması üçün lazımi addımlar atılır və bu tədbirlər mütəmadi olaraq davam etdiriləcək”.

 

E.Qocayev həmçinin vurğuladı ki, bu istiqamətdə qəti tədbirlər görüləcək:

 

"Şəhər sakinlərinin təhlükəsizliyi bizim üçün hər zaman ön planda olub. Hər hansı bir təhlükənin qarşısını almaq və uşaqlarımızın sağlamlığını qorumaq üçün müvafiq qurumlarla əməkdaşlıq edirik və bu istiqamətdə sərt tədbirlər görüləcək”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...