"Heç kimin tanımadığı silahlara sahibik" - Trampdan TƏHDİD

"Heç kimin tanımadığı silahlara sahibik" - Trampdan TƏHDİD

ABŞ Prezidenti Donald Tramp, dünən axşam Oval Ofisdə jurnalistlərin suallarını cavablandırıb. 
 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, Çin Prezidenti Si Cinpin haqqında müsbət fikirlər səsləndirərək, ABŞ və Çin arasında yaxşı bir razılaşmanın əldə ediləcəyinə inandığını bildirib.

 

“Si nə edilməli olduğunu tam bilən bir insandır, öz ölkəsini sevir və bir razılaşma etmək istəyəcəyini düşünürəm. Bir nöqtədə telefonla danışacağıq və hər şey hazır olacaq”,–  Tramp qeyd edib.


Ticarət müharibəsinin gərginləşməsi ilə bağlı suala cavab verən Tramp, ABŞ-nin hər sahədə güclü olduğunu vurğulayıb.

 

“Bu ölkə çox güclüdür. İnsanların anladığından daha güclü. Heç kimin nə olduğunu bilmədiyi silahlarımız var və dünyadakı ən güclü silahlar bizdədir”, – deyə Tramp bildirib. O, ABŞ-yə qarşı durmağı heç bir gücün düşünməyəcəyini də əlavə edib.

 

Prezident gömrük tariflərinin 90 gün müddətinə dayandırılması qərarının bazarlarda müsbət təsir yaratdığını bildirib. Sonda Tramp, Çin prezidenti ilə tezliklə telefon əlaqəsi quracağını və ona hörmət etdiyini vurğulayıb. Bununla yanaşı, ABŞ-nin ədalətli şəkildə davranıldığı təqdirdə Çin də daxil olmaqla bütün tərəflərlə ticarət və gömrük razılaşmalarına hazır olduğunu deyib.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...