Qış geri qayıdır - Sabahın havası AÇIQLANDI


Qış geri qayıdır - Sabahın havası AÇIQLANDI

Aprelin 11-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Lakin gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə +6 dərəcədən +8 dərəcəyədək, gündüz +10 dərəcədən +13 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

 

Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə +7 dərəcədən +10 dərəcəyədək, gündüz +11 dərəcədən +15 dərəcəyədək, dağlarda gecə 0 dərəcədən +4 dərəcəyədək, gündüz +4 dərəcədən +7 dərəcəyədək olacaq.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...