Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb?

Bakı-Sumqayıt qatarında vaqonların sayı azaldılıb?

Sumqayıt şəhərindən yeni qrafiklə saat 07:48-də Bakı istiqamətinə hərəkət edən ekspres tipli qatarda sıxlıq yaranması və bunun Xırdalan və Biləcəri stansiyalarında pik həddə çatması narazılıq yaradıb.
 

İddia olunub ki, yaranan sıxlığa səbəb qatarın vaqonlarının sayının xeyli azaldılaraq 11-dən 7-yə salınmasıdır.

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı oxu.az-a açıqlama verən "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev bəyan edib ki, vaqonların azaldılması ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil, əksinə sözügedən istiqamətdə reyslər artırılıb.

O qeyd edib ki, Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların 1 aprel 2025-ci il tarixindən tətbiq edilən hərəkət cədvəli ən optimal qrafikdir.

 

Yeni qrafikə əsasən, Abşeron dairəvi dəmiryol marşrutu üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunub. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılıb, qatarlararası interval azaldılıb", - deyə B.Hacıyev bildirib.
 

Qurum rəsmisi qeyd edib ki, iş günləri Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya çatdırılıb.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərə xəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...