İran və Ermənistan birgə hərbi təlim keçirdi

Dünya
12:42 / 10.04.2025
6571
İran və Ermənistanın sərhəd bölgəsində birgə hərbi təlim keçirdiyi bildirilib. Təlimin Nurdüz sərhəd qapısı ətrafında keçirildiyi açıqlanıb.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri Ordusunun Quru Qoşunları Əməliyyat Köməkçisi, general-mayor Vəliullah Mani, təlimin sərhəd təhlükəsizliyini artırmaq məqsədini daşıdığını qeyd edib.
O, təlimin növbəti hərbi fəaliyyətlərdən olduğunu və bölgədə hər hansı bir təhdidin olmadığını vurğulayıb.
General-mayor Mani əlavə edib ki, təlimin əsas məqsədi döyüş qüvvələrinin hazırlığını gücləndirmək, terrorla mübarizə aparmaq və daimi sülhü təmin etməkdir.
Bəsti Rəfizadə