"Fransa Fələstini dövlət kimi tanıyacaq" - Makron

"Fransa Fələstini dövlət kimi tanıyacaq" - Makron

Fransa Prezidenti Emmanuel Makron ölkəsinin Fələstini dövlət kimi tanıya biləcəyini açıqlayıb. O, bu qərarın iyun ayında keçiriləcək beynəlxalq konfransda qəbul olunmasının mümkün olduğunu bildirib.

 

Sfera.az "En Son Haber"ə istinadən xəbər verir ki, Yaxın Şərqdə baş verən son hadisələr Avropa ölkələrində diplomatik gündəliyi dəyişməyə başlayıb.

 

İsrail və Fələstin arasında uzun illərdir müzakirə olunan “iki dövlətli həll” modeli bu dəfə daha ciddi diplomatik müstəviyə daşınıb.


Makron Misirə etdiyi iki günlük rəsmi səfərdən sonra "France 5" kanalına verdiyi müsahibədə Fələstin məsələsinə toxunaraq, “Fələstini tanımağa doğru irəliləməliyik və qarşıdakı aylarda bu nəticəyə gələ bilərik”, – deyə bildirib. O, iyun ayında Səudiyyə Ərəbistanı ilə birgə sədrliyi edəcəkləri beynəlxalq konfransda bu məsələnin yekunlaşdırılmasını planlaşdırıldığını açıqlayıb.


Fransa Prezidenti daha əvvəl, 2024-cü ildə verdiyi açıqlamada, Fələstin dövlətini tanımağın Fransa üçün “tabu” (qadağa-red.) olmadığını qeyd etmişdi.a
Xatırladaq ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzzaya qarşı başladığı hücumlardan sonra Fransada müxalifət partiyaları Fələstinin dərhal dövlət kimi tanınması çağırışlarını artırmışdı.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...