Bu bürclər gün ərzində sürprizlə qarşılaşacaq - QOROSKOP

Bu bürclər gün ərzində sürprizlə qarşılaşacaq - QOROSKOP

Bu gün Ay Qız bürcündə hərəkət edir. Bu, günə yardımsevər, çalışqan, təmkinli və detal yönümlü bir enerji qatır. Gündəlik işlərə fokuslanmaq, nizam-intizam yaratmaq və başqalarına dəstək olmaq üçün münasib zamandır. Lakin axşam saatlarında Ay ilə Yupiter arasındakı gərgin bucaq səbəbilə diqqət dağınıqlığı və həddindən artıq gözləntilər səbəbilə qərarsızlıq yaşana bilər. Bu, həm şəxsi münasibətlərdə, həm də ailə içi məsuliyyətlərdə daxili təzyiqlər yarada bilər. Günün ümumi tövsiyəsi balanslı düşünmək və ölçülü davranmaqdır.

 

Sfera.az bu günün qoroskopunu təqdim edir:

 

Qoç


Gün ərzində sağlamlıq və gündəlik işlər ön plandadır. Hərəkətli və məhsuldar bir gün ola bilər. Lakin günün ikinci yarısında daxili təzyiq və diqqət dağınıqlığı yaşana bilər. Dinlənmək və planlı hərəkət vacibdir.

 

Buğa

 

Bu gün özünü ifadə etmək, yaradıcılıq və əyləncə ehtiyacı artır. Lakin romantik münasibətlərdə qarışıqlıq yaşana bilər. Gözləntilərinizi real saxlamaq və yeni öhdəliklərə tələsməmək tövsiyə olunur.

 

Əkizlər

 

Ev və ailə məsələləri ilə bağlı daxili ehtiyaclarınız güclənə bilər. Rahatlıq axtarışındasınız, lakin azadlıq arzunuzla ailə məsuliyyətləri arasında ziddiyyət yarana bilər. Aydınlıq və sadəlik sizi rahatladacaq.

 

Xərçəng

 

Bu gün bir neçə işi eyni anda görmək istəyə bilərsiniz, amma diqqətinizi yayındıracaq amillər çox ola bilər. Ruhunuzu dinləndirmək və daxili tarazlıq üçün vaxt ayırın.

 

Şir

 

Maddi güvən və qazanc mövzuları ön plandadır. Gələcək planlarınızı düşünmək və yeni gəlir yolları axtarmaq üçün münasib gündür. Lakin həddindən artıq gözləntilər və xərclərdən çəkinin.

 

Qız

 

Ay bürcünüzdə hərəkət etdiyindən duyğularınız güclü hiss olunur. Özünüzü ifadə etmək və yenilənmək üçün yaxşı gündür. Lakin axşam saatlarında emosional dalğalanmalar yaşana bilər. Həddindən artıq məsuliyyət götürməyin.

 

Tərəzi

 

Daxili balans və sakitlik ehtiyacındasınız. Ruhani fəaliyyətlər və istirahət üçün münasib zamandır. Gün ərzində diqqət dağınıqlığı və yüklənmə riski var. Sadəlik və sakitlik sizə fayda verəcək.

 

Əqrəb

 

Sosial çevrə, dostluqlar və komanda işi önə çıxır. Yeni tanışlıqlar və yaradıcı fikir mübadiləsi üçün uyğun zamandır. Lakin diqqətinizi dağınıq saxlayan mövzulardan uzaq durun və planlı olun.

 

Oxatan

 

Karyera və məsuliyyətlər gününüzə yön verir. Ciddi və planlı hərəkət uğur gətirə bilər. Lakin şəxsi həyatla iş arasında balans qurmaqda çətinlik yaşana bilər. Gələcəyə dair real planlar qurmağa çalışın.

 

Oğlaq

 

Bu gün ruhsal mövzular, təhsil və yeni təcrübələr sizi maraqlandıra bilər. Həyata daha nikbin və açıq baxırsınız. Lakin həddindən artıq iş yüklənməsi sizi yora bilər. Daxili ahəngi qoruyun.

 

Dolça

 

Duygusal dərinlik və yaxın münasibətlər ön plandadır. Özünüzlə və başqalarıyla açıq və dürüst əlaqə qurmaq üçün münasib gündür. Lakin diqqətinizi yayındıracaq və qərarsızlıq yaradacaq situasiyalardan uzaq durun.

 

Balıqlar

 

Günün əsas mövzusu münasibətlər və əməkdaşlıqdır. Hisslərinizi bölüşmək və anlaşma yaratmaq üçün yaxşı fürsətlər var. Lakin ailə məsuliyyətləri ilə şəxsi arzularınız arasında balans saxlamaq vacibdir.

 

Fidan Hacızadə


 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...