Sabirabadda yanğında xəsarət alanların SON DURUMU

Sabirabadda yanğında xəsarət alanların SON DURUMU

Sabirabad baş verən yanğın zamanı xəsarət alanların son vəziyyəti açıqlanıb.

 

Sfera.az xəbər verir ki, bu barədə informasiyanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) yayıb.

 

Mənbə bildirib ki, aprelin 10-u saat 04:40-da Sabirabad rayonunun Balahəşimxanlı kəndində fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində yeddi nəfər (dörd qadın, üç kişi) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.


"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Altı nəfər ambulator müalicə üçün evə buraxılıb.


2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) bədənin 99 faizini əhatə edən 3-cü dərəcəli yanıq diaqnozu təyin olunub. Pasiyentə bütün zəruri reanimasiya tədbirləri göstərilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir və ixtisaslaşmış tibb müəssisəsinə təxliyəsi planlaşdırılır", - deyə məlumatda bildirilir. (Oxu.az)
 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...