Bakıda 200-ə yaxın bina söküləcək - Ünvanlar AÇIQLANDI

Bakıda 200-ə yaxın bina söküləcək - Ünvanlar AÇIQLANDI

Bakıda qəzalı binaların mərhələli söküntüsü planlaşdırılır.

 

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

 

Bildirilib ki, hazırda Bakı şəhəri üzrə 194 qəzalı və kəskin qəzalı bina olmaqla, ümumilikdə 6 415 mənzilə dair tədbirlərin icrasına başlanılıb. Sözügedən binalar paytaxtın Binəqədi, Nərimanov, Yasamal, Nəsimi, Səbail, Xətai, Nizami, Sabunçu, Suraxanı və Pirallahı rayonlarında yerləşir.

 

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, infrastrukturun yenilənməsi daşınmaz əmlak bazarına xüsusi təsir göstərəcək:

 

"Belə ki, proses həmin ərazilərdə qiymətlərin artmasına səbəb olacaq. Sözügedən ərazilərdə yeni binaların tikilməsi mərkəz və mərkəzə yaxın ərazilərdə qiymətlərin tənzimlənməsi ilə nəticələnəcək. Yəni, indiyədək qiymət artımı müşahidə olunan ərazilərdə müəyyən stabilləşməyə şahidlik edəcəyik".

 

Daşınmaz əmlak eksperti Elnur Fərzəliyev də sözügedən prosesin evlərin qiymətlərinə təsirsiz ötüşməyəcəyini deyir.

 

Ekspertin sözlərinə görə, alıcıların əsasən Bakı ətrafında qəsəbələrə üz tutmaları həmin ərazilərdə daşınmaz əmlaklara tələbatı artırır. Eyni zamanda söküntü prosesi daşınmaz əmlak bazarında həmin ərazi üzrə təklifi azaldır. Bütün bunlar qiymətlərin artmasını qaçılmaz edir. / Baku Tv


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...