Limon sürətlə BAHALAŞACAQ

Limon sürətlə BAHALAŞACAQ

Limon kəskin bahalaşıb. Əvvəllər kiloqramı 2,5-3 manata təkif olunan limon bu gün kiloqramı 4,5-5 manata satılır. Eləcə də əvvəllər bir dənəsi 25-30 qəpiyə satılan limon hazırda 50-60 qəpiyə təklif edilir.

 

Bu azmış kimi aprelin 8-dən Türkiyədə limon ixracı müvəqqəti olaraq dayandırılıb. Bu barədə məlumatı ölkənin Ticarət Nazirliyi yayıb.

 

Nazirlikdən bildirilib ki, bu barədə qərar daxili tələbatın nizamlanmasına yaranan zərurət, eləcə də qiymət dinamikasının dəstəklənməsinə görə verilib. 

 

Qeyd edək ki, Türkiyə dünyada limon ixracına görə altıncı pillədə qərarlaşıb. 2024-cü ilin nəticələrinə əsasən, ölkə xaricə 357 milyon dollar dəyərində limon ixrac edib.

 

Limonun bahalaşmasının üç əsas səbəbi

 

Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, limonun bahalaşmasının bir sıra səbəbləri var:

 

 

“Birincisi odur ki, ötən mövsüm yerli istehsal kəskin şəkildə aşağı düşdü. Kəskin hava şəraitinə görə limon bağları məhsul vermədi. Tək bir faktı deyim ki, ötən il Aqrar Sığorta Fondu 2024-cü ildə meyvə bağlarına dəyən zərərlərə görə fermerlərə ümumilikdə 721 min manat sığorta ödənişi verib. Bu, 2023-cü illə müqayisədə 18 dəfə çoxdur. Halbuki əvvəlki il bu məbləğ cəmi 39 min manat təşkil edib.

 

İkinci səbəbsə odur ki, limon istehsalı dünyada da azalıb. Bunun müqabilində tələbat kəskin artıb. Limonun əvəzolunmaz xeyri barədə aparılan təşviqat bu məhsula marağı xeyli dərəcədə artırıb.

 

Üçüncü səbəbsə Türkiyədən limon ixracının azalmasıdır. Bildiyimiz kimi, Türkiyədə də istehsal azalıb. Məhz bu səbəbə görə də dünəndən limon ixracı dayandırılıb. Nəzərə alaq ki, ölkəmizə limon əsasən Türkiyədən gətirilir”.

 

Müsahibimiz onu da əlavə edib ki, yeni limon mövsümünə xeyli vaxt var:

 

“Ona görə də yaxın zamanlarda limonun kəskin

bahalaşması qaçılmazdır”.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...