Ronaldo yeni mühafizəçi işə götürdü, bunkerlə evə köçdü: Səbəb nədir?

Ronaldo yeni mühafizəçi işə götürdü, bunkerlə evə köçdü: Səbəb nədir?

Futbolçu Kriştiano Ronaldo və sevgilisi Georgina Rodriguez yeni baş mühafizəçi işə götürüb və təhlükəsizlik komandasının əvvəlki üzvlərini işdən çıxarıb.

Sfera.az xəbər verir ki, hazırda Georgina və beş uşağı ilə birlikdə Ər-Riyadda yaşayan “Al Nasr FC”nin ulduzu sosial mediada onu polisə zəng etməyə məcbur edən bir sıra həyəcanverici təhdidlər aldıqdan sonra təhlükəsizliyi gücləndirmək ehtiyacı hiss edib.

Ronaldonun yeni mühafizəçisi Portuqaliyanın ən təhlükəli bölgələrində çalışıb, onun "aqressiv və qorxuducu" üslubu ulduz futbolçunun ətrafındakıları narahat edib.

Ronaldo 2023-cü ildə Səudiyyə Ərəbistanına köçəndə özünü təhlükəsiz hiss edirdi, amma indi hər şey dəyişib. Ulduz hətta sosial şəbəkələrdə daha az fotolar yerləşdirməyə başlayıb, sevgilisi Georgina Rodriguez isə uşaqların şəkillərini yerləşdirməyi və mağazalarda sərbəst gəzməyi dayandırıb.


Heç bir riskə getmək istəməyən cütlüyün Ər-Riyadda bunker və müasir müşahidə sistemləri ilə təchiz olunmuş daha təhlükəsiz yerə köçdüyü bildirilir.
 

Bunun şəxsi seçim olduğuna dair ilkin fərziyyələrə baxmayaraq, qərarın Ronaldonun uşaqlarının internetdə anonim insanlar tərəfindən təhdid edilməməsini təmin etmək üçün daha böyük təhlükəsizlik strategiyasının bir hissəsi olduğuna inanılır.


Ronaldonun yeni cangüdəni "cəhənnəm" və çox "qorxuducu" adlandırır.


Hazırda futbolçunu qoruyan Klaudio Migel Vaz özəl sektorda ixtisaslaşıb və problemli sahələrdə iş təcrübəsi var. Əvvəllər musiqi ulduzlarını qoruyub, sonra futbolçular (Rafael Leão və Gelson Martins) onu işə götürməyə başlayıblar.


Amma indi Ronaldonun heyətinin bəxti gətirməyib, çünki Vasın üslubu çox “qorxuducu və aqressivdir”.
 

Georgina Moda Həftəsi üçün Parisə son səfəri zamanı avtomobilindən çıxarkən fotoqrafların qarşısını almaq üçün mühafizəçi təyin edilib. O, paparassilərin işinə maneə törətmək üçün güclü fənərdən istifadə edib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...