Gələn ay Laçında TDT Sammiti keçiriləcək

Gələn ay Laçında TDT Sammiti keçiriləcək

Gələn ay Laçında Türk Dövlətləri Təşkilatının (TDT) Sammiti keçiriləcək.

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan Bakıda “Yeni Dünya Nizamına Doğru” mövzusunda 7-ci ADA Siyasi Forumu çərçivəsində verdiyi açıqlamada bildirib.

 

"Gələn ay Laçında Türk Dövlətləri Təşkilatının sammiti keçiriləcək. Bu sammitdə biz bir daha Türkiyə və Azərbaycanın Türk Dünyasının birliyi və əməkdaşlığı mövzusunda güclü həmrəylik içində olacaqlarını görəcəyik", - deyə o bildirib.

 

Ç.Erhan qeyd edib ki, Azərbaycanla Türkiyə arasında hər hansı iki ölkə arasında mövcud olan əlaqələrdən qat-qat artıq əlaqələr mövcuddur.

 

O bildirib ki, Prezident İlham Əliyev bu gün ADA Universitetində çıxışında bunu çox aydın ifadə etdi.

 

"İqtisadiyyatdan turizmə, siyasi əlaqələrdən tutmuş ən mühüm sahə olan müdafiə əlaqələrinə, Şuşa Bəyannaməsi çərçivəsində qurulan müttəfiqlik münasibətlərinə qədər hər sahədə Azərbaycan və Türkiyə arasında çox yüksək səviyyəli əlaqələr qurulub. Ticarət və investisiyalar həm də bu iki ölkəyə Cənubi Qafqazda sülh və sabitliyə birgə töhfə verməyə imkan yaradır. Hesab edirəm ki, həm Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, həm də Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlıq duyğuları ilə göstərdikləri liderlik bu qarşılıqlı həmrəyliyin və əməkdaşlığın inkişafına çox güclü təkan verir",- deyə o əlavə edib.


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...