Rusiya orduya çinli əsgərlər cəlb edir - Putinin gücü tükənib?

Rusiya orduya çinli əsgərlər cəlb edir - Putinin gücü tükənib?

Rusiya və Ukrayna arasındakı müharibədə Rusiya tərəfindən döyüşən əcnəbi əsgərlər var. Şimali Koreyadan sonra Rusiya tərəfindən Çin əsgərlərinin döyüşməsinə dair faktlar aşkarlanıb. 


Rusiya tərəfindən əcnəbi əsgərlərin olması nəyin göstəricisidir? Rusiya yetəri qədər insan cəlb edə bilmir? Yoxsa başqa səbəblər var?


Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Əziz Əlibəyli bu məsələlərin insan resursları ilə bağlı olmadığını bildirib. Onun sözlərinə görə, ümumilikdə, Şimali Koreyanın əsgərlərinin həmin bölgədə iştirak etməsi çox inandırıcı görünmür:

 

"Lakin Rusiya tərəfindən dünyanın müxtəlif ölkələrindən gəlmiş muzdluların döyüşməsi faktoru mövcuddur. Bu, maddi ödəniş qarşılığında baş verən bir prosesdir. Şimali Koreya isə Rusiyanın hərbi müttəfiqidir və bilavasitə Rusiya ilə hərbi əməliyyatlarda maraqlı tərəf kimi iştirak edir. Çünki bu müharibənin başqa bir coğrafiyası olan Koreya yarımadasının siyasi gündəmdə olma ehtimalı mövcuddur. Hazırki vəziyyətdə əsas məsələ budur ki, Rusiyanın müharibəsində başqa bir dövlətin iştirakı, onun tək olmadığını göstərir. Bax, buna görə də belə addım lazımdır. Yoxsa Rusiyanın həm silahı, həm də insan resursu mövcuddur”.

 

Fidan Hacızadə 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...