Azərbaycan bu dəfə Türkiyə və İsraili barışdıracaqmı? - AÇIQLAMA

Azərbaycan bu dəfə Türkiyə və İsraili barışdıracaqmı? - AÇIQLAMA

Prezident İlham Əliyev bildirib ki, Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı Azərbaycan bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdırmaqda fəal rol oynayıb.

 

Bildiyimiz kimi, hazırda da Türkiyə-İsrail münasibətlərində soyuq küləklər əsir.

 

Bəs bu dəfə Azərbaycan vasitəçilik edə biləcəkmi?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında politoloq Elxan Şahinoğlu bu məsələnin ilk dəfə dövlət başçısı səviyyəsində səsləndiyini deyib.

 

Onun sözlərinə görə, bu haqda müəyyən ehtimallar mövcud idi, ancaq ilk dəfə prezident səviyyəsində rəsmi Bakının iki dövlət arasında vasitəçi olduğu bildirilməsi Azərbaycan üçün əhəmiyyətli idi:

 

“Çünki ölkəmiz qardaş və strateji müttəfiqimiz Türkiyə ilə tərəfdaşımız və dostumuz olan İsraillə münasibətlərin gərgin olmasını istəməyib və əlini daşın altına qoyub ki, bu gərginlik ortadan qaldırılsın. Rəsmi Bakının vasitəçiliyi ilkin mərhələdə müsbət nəticə verib. Ankara ilə Tel-Əviv arasında dialoq qurulub, İsrail Prezidentinin Türkiyəyə səfəri reallaşıb. Ancaq Qəzzada başlanan müharibə Türkiyə ilə İsrail arasındakı gərginliyi yenidən artırıb”. 

 

E.Şahinoğlunun fikrincə, Azərbaycan bu gərginliyin ortadan qaldırılması üçün yenə fəallığını artırıb:

 

“Bu mənada, qısa zaman kəsiyində prezidentin köməkçisi Hikmət Hacıyevin iki dəfə İsrailə səfərini və sonuncu səfəri zamanı Baş nazir Benyamin Netanyahu ilə görüşünü təsadüfi saymıram. Hikmət Hacıyev daha sonra Türkiyəyə səfər edərək Ankarada görüşlər keçirib. İsrail-Türkiyə gərginliyi Azərbaycanın maraqlarına zidd olduğunu kimi, bu iki dövlətin də maraqlarına cavab vermir. Türkiyə və İsrail Suriyada toqquşma ehtimalını azaltmaq üçün dialoq formaları axtarmalıdırlar. Bu mənada ABŞ Prezidenti Donald Trampın iki gün əvvəl Benyamin Netanyahu ilə Ağ Evdə görüşdə Türkiyənin ünvanına söylədiyi fikirlər İsraili Türkiyə ilə qarşıdurmadan çəkindirməlidir. Bakı kimi Vaşinqton da Türkiyə-İsrail gərginliyinin azalmasında maraqlıdır. Bu mənada Ankara ilə Tel-Əviv arasında yenidən dialoq imkanlarının formalaşmasında Bakı ilə Vaşinqton təşəbbüslərini birləşdirə bilərlər”.

 

Firuzə Əliyeva

 

 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...