Məşhur restoran ördək adı ilə göyərçin əti satırmış - FOTOLAR

Məşhur restoran ördək adı ilə göyərçin əti satırmış - FOTOLAR

İspaniyanın paytaxtı Madriddə yerləşən “Jin Gu” adlı Çin restoranı küçə göyərçinlərini qızardılmış ördək adı ilə müştərilərinə təqdim etdiyi üçün bağlanıb.

 

Sfera.az “Daily Mail”nəşrinə istinadən xəbər verir ki, hadisə Usera rayonunda yerli polis tərəfindən keçirilən reyd zamanı üzə çıxıb. Restoranın içərisində çəkilən görüntülər sosial mediada geniş yayılıb. Kadrlar xırdalanmış ət hissələri, bişmiş və doğranmış göyərçinlərin olduğu qablar, çirkli ətlə dolu kisələr yer alıb.


Reyd zamanı restoranda etiketsiz və istifadə tarixi olmayan məhsullarla dolu səkkiz nasaz və paslı dondurucu aşkarlanıb. Mətbəxdə tarakanların olması, döşəmədə siçovul tələlərinin yerləşdirilməsi və qabların paslı vəziyyətdə olması da qeydə alınıb. Qida məhsullarının saxlanma temperaturunu ölçmək üçün heç bir termometrin olmaması da ciddi gigiyenik pozuntu kimi göstərilib.

 

Əlavə olaraq, restoranda dəniz qanunları ilə qorunan və satışına icazə verilməyən dəniz xiyarı kimi qeyri-qanuni məhsullar da aşkarlanıb. Polislər müəssisənin əlillər üçün nəzərdə tutulmuş tualetində, rəfin arxasında lisenziyaya daxil edilməmiş gizli bir saxlama otağı da müəyyən ediblər.

 

Restoranın sahibi hazırda ictimai sağlamlıqla bağlı cinayət işi üzrə istintaq altındadır. Qeyd edək ki, məşhur müğənnilər Rita Ora və Selena Qomez də əvvəllər bu restorana baş çəkiblər.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...