Dünyanın ən zəngin şəhərləri bəlli oldu

Dünyanın ən zəngin şəhərləri bəlli oldu

Dünyanın aparıcı sərmayə yolu ilə oturum və vətəndaşlıq məsləhət şirkəti “Henley & Partners” ilə qlobal məlumat-analitika qurumu “New World Wealthin” birgə hazırladığı "Dünyanın ən zəngin şəhərləri 2024” hesabatı açıqlanıb.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, hesabata əsasən, ABŞ siyahıda 11 şəhərlə liderliyini davam etdirir. Nyu-York şəhəri 818 sentimilyoner (100 milyon dollardan çox sərvətə sahib şəxs), 66 milyarder və ümumilikdə 384 min 500 yüksək sərvətli fərdlə birinci yer olub.


İkinci pillədə 342 min 400 milyonçunun yaşadığı San-Fransisko və Silikon Vadisini əhatə edən Bay Area gəlir. Son 10 ildə zənginlərin sayında 98 faiz artım müşahidə olunan bu region, 82 milyarder ilə texnologiya sərvətinin yeni mərkəzinə çevrilib.


2023-cü ildə siyahıya 5 şəhərlə daxil olan Çin, bu il Quançjou şəhərinin əlavə olunması ilə ümumilikdə 6 şəhərlə təmsil olunur və ABŞ-dən sonra ikinci yeri tutur.
ABŞ-də bəzi şəhərlərdə isə milyonçu sayı ikiqat artıb. Scottsdale şəhərində son 10 ildə milyonçu sayı 125 faiz, Vest Palm Biçdə isə 112 faiz artıb. Mayami (94%), Vaşinqton DC (92%) və Austin (90%) kimi şəhərlər də sürətlə yüksələnlər arasındadır.

 

Bir zamanlar dünyanın ən zəngin şəhərlərindən olan London, bu il 215 min 700 milyoner ilə 6-cı sıraya geriləyib. Son 10 ildə milyoner sayında 10 faizdən çox azalma müşahidə olunub. Moskva isə daha ciddi itki ilə – 25 faiz azalma nəticəsində 40-cı yerə enib. Bu iki şəhər siyahıda zənginlərin sayında mənfi artım göstərən nadir nümunələrdir.

 


Tokio 292 min 300 milyonçu ilə 3-cü sıradakı mövqeyini qoruyub. Sinqapur 242 min 400 milyonçu ilə 4-cü, Los Anceles isə 220 min 600 milyoner ilə Londonu geridə qoyaraq 5-ci sıraya yüksəlib.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...