Mask Trampın müşavirini təhqir etdi: "O bir torba daşdan..."

Mask Trampın müşavirini təhqir etdi: "O bir torba daşdan..."

"Tesla"nın sahibi və Hökumət Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampın ticarət müşaviri Peter Navarroya sərt sözlər söyləyib. 

Mask sosial media platforması "X"də etdiyi paylaşımda Navarro haqqında “moron” (axmaq)" ifadəsini işlədərək onu bir torba daşdan daha axmaq adlandırıb.


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Ağ Ev sözçüsü Karoline Leavitt bu mübahisə ilə bağlı açıqlama verib. O açıqlamasında  Mask və Navarronun ticarət və tariflər mövzusunda fərqli baxışlara sahib olduqlarını qeyd edib. Leavitt mübahisəni "kişilərin hər zamanki vəziyyəti” kimi qiymətləndirib və onların ictimaiyyət qarşısında mübahisələrinə imkan verəcəklərini bildirib.


Navarro müsahibəsində "Tesla"nın avtomobil hissələrinin müxtəlif ölkələrdən gətirilərək ABŞ-də birləşdirildiyini və Maskı bir “avtomobil istehsalçısı yox, montajçısı” adlandırmışdı. Mask isə bu açıqlamaya “Həqiqətən bir axmaq” deyə cavab vermişdi. Ağ Ev sözçüsü insanların “tarixdəki ən şəffaf hökumətə sahib olduqlarına görə minnətdar olmaları lazım olduğunu” vurğulayıb.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...