“ABŞ sülh üçün çalışan prezidentə sahib olmalıdır” - İran XİN

“ABŞ sülh üçün çalışan prezidentə sahib olmalıdır” - İran XİN

İranın Xarici İşlər Nazirinin müavini Abbas Arakçı, ABŞ ilə aparılan dolaylı danışıqların strateji bir seçim olduğunu vurğulayıb. Arakçı, bu üsulun təcrübəyə dayandığını və diplomatiya üçün effektiv bir kanal yaratdığını bildirib. 

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Arakçı iki ölkə arasındakı son görüşlərin “simvolik” olmadığını, əksinə, səmimi bir diplomatik təşəbbüs olduğunu qeyd edib.

 

O, İranın razılaşma əldə etməyə hazır olduğunu, lakin bunun üçün ABŞ-nin doğru addımlar atmasının vacib olduğunu bildirib. Arakçı İranın 2021-ci ildə Avropa İttifaqının vasitəçiliyi ilə ABŞ ilə dolaylı danışıqlar apardığını xatırladıb.


Arakçı “Bizə hörmət edilərsə, biz də qarşılıq verərik” deyərək, İranın diplomatiyanı üstün tutduğunu, lakin özünü müdafiə etməkdən çəkinməyəcəyini vurğulayıb. Nazir müavini hərbi texnikanın İran yaxınlığına yığılmasının mənfi siqnallar verdiyini və sülh danışıqlarını çətinləşdirdiyini də ifadə edib:

 

“Keçmişdə təhdidlərə boyun əymədik, gələcəkdə də əyməyəcəyik. Top artıq ABŞ-nin meydanındadır. ABŞ sülh üçün çalışan bir prezidentə sahib olmalıdır". 


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...