Amerikalı həkimlər bu xəstəlik üçün sperma istehsalını bərpa etdi

Amerikalı həkimlər bu xəstəlik üçün sperma istehsalını bərpa etdi

Amerikalı həkimlər 26 yaşlı Cayven Şu adlı gəncə sperma bərpa etmək məqsədilə spermatogonik kök hüceyrə nəqli həyata keçiriblər. 

 

Sfera.az “NTV”yə istinadən xəbər verir ki, Cayven Şu kişi sonsuzluğunun nadir formalarından biri olan azospermi diaqnozu ilə yaşayırdı. Statistikaya əsasən, bu vəziyyət dünya üzrə kişilərin təxminən 1 faizində müşahidə olunur.Azospermi adətən hormonal pozğunluqlar, reproduktiv sistemdəki tıxanıqlıq və ya genetik faktorlarla əlaqəli olur. Lakin Şunun halında bu problem, uşaqlıq dövründə keçirdiyi sümük xərçəngi və onun müalicəsi zamanı aldığı kimyaterapiya nəticəsində yaranıb. 

 

Həkimlər bildirirlər ki, kimyaterapiya onun reproduktiv funksiyalarına ciddi zərər vurub. Klinik tədqiqat çərçivəsində, xəstənin yeniyetməlik dövründə toplanaraq dondurulmuş sperm əmələ gətirən kök hüceyrələrindən istifadə olunub. Bu hüceyrələr yenidən onun testisinə yeridilərək təbii sperma istehsalı prosesinin bərpası hədəflənib.

 

Pittsburgh Universiteti Tibb Mərkəzinin mütəxəssisləri prosedur zamanı ultrason görüntüləməsi ilə iynəni skrotumun alt hissəsində yerləşən və “rete testis” adlanan bölgəyə yönəldiblər. Bu üsul, yeniyetməlik dövründə təbii şəkildə baş verən spermatogenez prosesini təqlid etməyə çalışır. Hazırda xəstənin sperm nümunəsində hələ sperm aşkarlanmayıb. Buna baxmayaraq, həkimlər nəqlin testis toxumasına hər hansı zərər vermədiyini qeyd edir. Elm adamları hər altı ayda bir sperm nümunəsi götürərək, hüceyrələrin inkişaf edib-etmədiyini müşahidə edəcəklər.

 

Mütəxəssislər bu üsulu sonsuzluğun müalicəsində inqilabi addım kimi qiymətləndirirlər.

 

Urologiya üzrə mütəxəssis Castin Houman bu barədə belə deyib: “Əgər bu texnika daha da təkmilləşdirilərsə və təhlükəsizliyi tam şəkildə təsdiqlənərsə, spermatogonik kök hüceyrə nəqli, sperm istehsalını itirmiş kişilər üçün ümidverici müalicə variantına çevrilə bilər”.

 

Qeyd edək ki, bu texnologiya indiyədək yalnız heyvanlar üzərində sınaqdan keçirilmiş və kişi siçanlar ilə meymunların ata olmasına şərait yaratmışdı.

 

Fidan Hacızadə


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...