MyGov.az-la inteqrasiya "ABB"də ipoteka kreditini daha əlçatan etdi

MyGov.az-la inteqrasiya "ABB"də ipoteka kreditini daha əlçatan etdi

Universal maliyyə xidmətlərinin müştərilər üçün daha rahat və əlçatan olması üçün ABB inteqrasiya proseslərini davam etdirir. Bank MyGov.az platforması ilə inteqrasiya proseslərini də uğurla həyata keçirib. Azərbaycanın rəqəmsal hökumət platforması olan MyGov.az ABB-nin xidmətlərindən istifadə zamanı heç bir əlavə vaxt sərf etmədən bütün vacib sənədlərə və dövlət xidmətlərinə rəqəmsal formada çıxış imkanı yaradır. Bu yenilik ABB Home-da ipoteka krediti üçün müraciət zamanı da müştəriyə geniş imkanlar verir.

 

Belə ki, ABB-nin xidmətlərinin MyGov.az-la inteqrasiyası sayəsində ölkəmizdə ilk dəfə olaraq müştərilər ipoteka krediti üçün tələb olunan aşağıdakı sənədləri də artıq heç bir yerə getmədən birbaşa “İpoteka kabineti”ndən əldə edə bilirlər:

 

1. Ailə tərkibi haqqında məlumat
2. Subaylıq haqqında məlumat
3.Nikahın bağlanması haqqında məlumat
4.Nikahın pozulması haqqında məlumat

 

Qeyd edək ki, bundan başqa, iş yeri və gəlirə dair məlumatı, həmçinin şəxsiyyət vəsiqəsi məlumatını da “İpoteka kabineti”ndən almaq mümkündür. 18 yaşı tamam olmuş hər bir vətəndaşımız abbhome.az saytındakı “İpoteka kabineti”ndə qeydiyyatdan keçib, ona ayrıla biləcək daxili ipoteka krediti məbləğini öyrənmək, kredit məhsulu üçün onlayn müraciət etmək imkanına malikdir.

 

Müştərilər “İpoteka kabineti”ndə müraciətlərinin icrası prosesini addım-addım izləyə və kreditin filialda rəsmiləşdirilməsi mərhələsinədək olan bütün əməliyyatları kabinetdə icra edə bilərlər. “İpoteka kabineti”ndə ABB-də mövcud olan ipoteka kreditləri barədə bütün məlumatları əldə etmək, kredit ödənişini rahat şəkildə həyata keçirmək olar. ABB-nin öz tərəfdaşları ilə birgə yaratdığı bu yeniliklər Azərbaycanda rəqəmsal xidmət ekosisteminin inkişafına mühüm töhfələr verir.

 

ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.


OXŞAR XƏBƏRLƏR

DİN sürücü və valideynlərəxəbərdarlıq etdi

Uşaqların avtomobildə lyukdan və ya pəncərədən çölə çıxması, ayaqüstə dayanması qanun pozuntusudur və həyati təhlükə yaradır.   Sfera.az xəbər v...

Mikael Acapaxyan saxlanılıb

Erməni arxiyepiskop Mikael Acapaxyan hakimiyyətin zorla dəyişdirilməsinə çağırışlar ittihamı ilə saxlanılıb.   Sfera.az erməni KİV-ə istinadən x...

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...