Rusiya-Ukrayana müharibəsi niyə bitmir?

Rusiya-Ukrayana müharibəsi niyə bitmir?

“Dərin Dövlət” Avropa dövlətlərinə Ukraynada münaqişəni davam etdirməyi tapşırıb. Xəbər verdiyimiz kimi, bu bəyanatla Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edib.

 

"Əvvəllər bu prosesdə Amerika strukturları da iştirak edirdi. İndi “Dərin Dövlət”münaqişənin davam etdirilməsini sırf Avropa strukturlarına həvalə edib", - Baş nazir Batumidə jurnalistlərlə söhbəti zamanı deyib.

 

Maraqlıdır, müharibənin daha da uzadılmasındə məqsəd nədir? Bu, müharibə istəyənlərə nə qazandırır?

 

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli Ukrayna müharibəsinin başlanmasına səbəb olan amillərin bu münaqişənin ssenari müəlliflərinə gözlədikləri nəticələri vermədiyini deyib. 

 

Onun sözlərinə görə, nə Rusiya, nə də Qərb Ukrayna müharibəsində öz hədəflərinə tam çata bilib:

 

“Rusiya Ukraynanı tam işğal etmək niyyətində idi. Bildirilmişdi ki, üç gün ərzində Kiyevdə hakimiyyəti ələ alacaqlar. Ancaq müharibə artıq üç ildir davam edir və Rusiya hazırda məğlub ola biləcək bir dövlət kimi görünür. Eyni zamanda Qərbin də Rusiyanı tam şəkildə zəiflətmək məqsədinə çatmasında çətinlikləri var. Xüsusilə də Qərb daxilində müəyyən parçalanma meyilləri mövcuddur. Paralel olaraq Rusiyayla razılığa gəlmək və müharibə prosesini dayandırmaq məsələsi ön plana çıxır. Amma digər tərəfdə isə bəzi dairələr hesab edirlər ki, Rusiya ilə Ukrayna arasındakı müharibənin yekunu, yəni Qərb üçün vacib olan nəticələrə nail olunmadan dayandırılması yaxın gələcək üçün olduqca təhlükəli hadisə ola bilər". 

 

Politoloq Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mövqelərin ciddi şəkildə Qərbdə parçalanma yaradan bir situasiya olduğunu bildirib: 


“Belə görünür ki, müharibənin yaxın gələcəkdə dayandırılması ilə bağlı bu çağırışlar tədricən arxa plana keçir. Rusiyanın yeni şərtlər irəli sürməsi, ABŞ-nin isə Qərbdəki bütün müttəfiqləri ilə münasibətlərini pozmağa yönələn addımlarla yeni problemlər yaratması, eyni zamanda Tramp administrasiyasının bütün dünyaya qarşı ticarət müharibəsi elan etməsi də bu prosesə təsir göstərir. Çünki istər-istəməz ABŞ-nin müttəfiqlərindən uzaqlaşması Kreml tərəfindən məmnunluqla qarşılanır və bu, ABŞ-nin zəifləməsi kimi dəyərləndirilir. Hesab edilir ki, bu zəiflik Asiyada ABŞ-yə şərtlər diktə etmək imkanı yarada bilər”.

 


E.Xalidbəylinin fikrincə, Kremlin də son razılaşmalardan geri çəkilərək yeni şərtlərlə çıxış etməsi, Rusiyanın maraqlarına uyğun olan bütün tələblərin qəbul olunmasına çalışması vəziyyəti daha da mürəkkəbləşdirir:

 

“Çünki ABŞ Rusiyanın bu şərtlərini qəbul etmək niyyətində olmadığını gizlətmir. İndi bütün bu baş verənlərin “dərin dövlətin” istəyi ilə izah olunması kimi iddialar da, təbii ki, mümkündür. Ancaq görünən vəziyyət hələlik bundan ibarətdir. Bu hadisələrin “dərin dövlətin istəyi” və ya “dərin dövlətin müqaviməti” kimi izah olunması isə tamam başqa bir məsələdir. Ola bilər ki, qlobal məkanın dərin qatlarında başqa proseslər də baş verir. Ancaq bu proseslər barədə rahatlıqla məlumat əldə etmək o qədər də asan məsələ deyil”.

 

Fidan Hacızadə
 


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...