Qarabağ ermənilərinin yeni pasportlarında doğum yeri Azərbaycan göstərilir

Qarabağ ermənilərinin yeni pasportlarında doğum yeri Azərbaycan göstərilir

Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin pasportlarında doğum yeri kimi Azərbaycan Respublikasının yazılması ilə bağlı məqama aydınlıq gətirib.

 

Sfera.az xəbər verir ki, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədlərdəki məlumatlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartlarına uyğun göstərilib.

 

Üstəlik, sənədlərdə coğrafi vahidlər təşkilat tərəfindən məqbul sayılan qaydada qeyd olunub.

 

Məlumatda, həmçinin qeyd olunub ki, Ermənistan Respublikası Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı qeyd sərhəd-keçid məntəqələrində problemlər yarada bilər.

 

"Yeni sənədlərin verilməsi zamanı xidmət yalnız beynəlxalq standartı rəhbər tutur", - deyə Ermənistan Daxili İşlər Nazirliyinin açıqlamasında vurğulanıb.

 

Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə Azərbaycan Respublikasının Qarabağ bölgəsini könüllü tərk etmiş ermənilərin yeni pasportlarında doğulduğu yer kimi Azərbaycan Respublikası yazılması məsələsi müzakirələrə səbəb olub. (Oxu.az)


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...