Avropa çempionatı: Azərbaycanın iki güləşçisi finala yüksəlib


Avropa çempionatı: Azərbaycanın iki güləşçisi finala yüksəlib

Azərbaycanın 2 sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında finala yüksəlib.

 

Sfera.az-ın məlumatına görə, 92 kq çəki dərəcəsində mübarizə aparan Osman Nurmaqomedov yarımfinalda gürcüstanlı Miriani Maysurazdeyə qalib gəlməklə finala adlayıb.

 

125 kq çəkidə yarışan digər təmsilçimiz Giorgi Meşvildişvili isə həlledici mərhələyə gedən yolda Dzianis Xramyankunu (UWW) üstələyib.

 

Nurmaqomedov qızıl medal uğrunda görüşdə  Dauren Kuruqliyevlə (Yunanıstan), Meşvildişvili isə Solomon Manaşvilə (Gürcüstan) üz-üzə gələcək.

 

Bu gün mübarizəyə qoşulan digər idmançı Ağanəzər Novruzov isə yarımfinalda albaniyalı Çermen Valievə uduzmaqla fəxri kürsünün ən yüksək pilləsinə qalxmaq şansını itirib. O, sabah üçüncü yer uğrunda görüşdə Ramazan Ramazanovla (Bolqarıstan) qarşılaşacaq.


OXŞAR XƏBƏRLƏR

“Lyuk”a düşən 27 yaşlı gəncin yaxınları danışdı - VİDEO

Küçədə mobil telefonla danışaraq addımlayır. Qəfildən ayağı sürüşür və ağzı kustar üsulla bağlanmış lükə düşür.   Sfera.az Xəzər TV-yə istinadən bild...

Viruslardan və xərçəngdən qoruyan tərəvəz: Faydalılığını qorumaq üçün necə bişirmək lazımdır?

Brokkoli çoxdan suporqida kimi şöhrət qazanıb. O, vitaminlər və antioksidantlarla zəngindir, lakin onun əsas xəzinəsi sulforafandır. Bu maddə xərçəng əleyhinə t...

Pensiyaya çıxmaq istəyən qadınların nəzərinə: Gələn həftədən...

İyulun 1-dən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 64 il 6 ay olacaq.   Sfera.az xəbər verir ki, "Əmək pensiyaları haqqında” Qanunu...

QDİƏT üzvləri Bakıya təşəkkür etdilər

Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi çərçivəsində QDİƏT Xarici İşlər Nazirləri Şurasının 50-ci yubiley iclası ...

Daha bir təyyarə qəzaya uğradı - ölənlər var

Fransanın paytaxtı Parisdən təxminən 100 km aralıda Şartr şəhəri yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub.   Sfer...

Tolik ad günündə anası və qızı ilə… - VİDEO

Aparıcı-prodüser Tarix Əliyev özünə ad günü edir.   Bir çox şou nümayəndəsinin iştirak etdiyi məclisdə Tolik qonaqları qızı Milana ilə salamlayıb. ...