Sosial Xidmətlər Agentliyində İNSİDENT - Saxlanılanlar var


Sosial Xidmətlər Agentliyində İNSİDENT - Saxlanılanlar var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyində baş verən insidentlə bağlı iki nəfər saxlanılıb.

 

Sfera.az xəbər verir ki, 1992-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş G.H. və 1991-ci il təvəllüdlü, Hacıqabul rayon sakini D.F. polis əməkdaşları tərəfindən tutulublar.

 

Həmin şəxslərin saxlanılmasına səbəb agentliyin inzibati binasında səs-küy salmaları olub. Məlumata görə, 2025-ci il aprelin 3-də onlar Sosial Xidmətlər Agentliyinin binasına gələrək İdarə Heyətinin sədri Vüqar Behbudovla görüşmək istəyiblər. Görüş baş tutmadıqda G.H. və D.F. günün ikinci yarısında yüksək səslə danışaraq və işçilərə qarşı təhqiramiz ifadələr işlədərək narazılıqlarını bildiriblər.

 

Daha sonra onlar binanın qapısını dəfələrlə əllə döyərək hər hansı əməkdaşın diqqətini çəkməyə və onlara yaxınlaşmasına çalışıblar.

 

Saxlanılan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələri üzrə protokol tərtib olunub. Məhkəmənin qərarı ilə G.H. və D.F. 8 sutka inzibati həbs cəzası alıblar. (Qaynarinfo)


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...