Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb özünə MAŞIN ALDI

Bakıda taksi sürücüsü müştərisinin 30 min dollarını oğurlayıb özünə MAŞIN ALDI

Bakıda 43 yaşlı taksi sürücüsü müştəriyə məxsus 30 min dolları ələ keçirib. Həmin pulla özünə maşın alıb, bir həftə hoteldə qadınlarla əyləncə məclisləri təşkil edib.

 

Sfera.az xəbər verir ki, söhbət daha əvvəl dəfələrlə məhkumluq həyatı yaşamış Anar Vəliyevin sonuncu cinayət əməlindən gedir.


Belə ki, Anar Vəliyev Bakıda sərnişin kimi avtomobilinə əyləşən Ülfət adlı şəxsin əşyalarını və nağd pulunu ələ keçirib.
 

İstintaqla müəyyən edilib ki, Anar müştərinin sərxoş olmasından istifadə edərək onu maşından düşürərək qaçıb. Ülfətin mobil telefonunu, bahalı geyim əşyalarını və paltarların arasında gizlətdiyi 30 min dolları ələ keçirib.


Həmin pulun 21 min manatına özünə "Hyundai" markalı maşın alıb. Bakıda hotellərdən birində 6 günlük otaq kirayələyərək hər gün orada müxtəlif qadınlarla əyləncə məclisləri təşkil edib. Özünə mobil telefon da alıb.


Bundan başqa, Anar Vəliyevin boşandığı xanımına aliment ödəmədiyi üçün də məsuliyyətə cəlb edildiyi məlum olub.


Onun daha bir cinayət əməli də üzə çıxıb. Belə ki, Anar Vəliyev bankomatdan pul çıxaran şəxsi aldadaraq onun 3 min manat vəsaitini ələ keçirib.

 

Törətdiyi əməllərə görə özünü təqsirli bilən Anar Vəliyev 30 min dollarlıq cinayət əməli barədə danışarkən bunları deyib:
 

"Sərnişin sərxoş idi. Hara getdiyini bir neçə dəfə soruşdum. Amma demədi. Mən də əsəbiləşib onu "Motodrom" kimi tanınan ərazidə düşürdüm. Dedim ki, gedək bizdə çay içək. Maşından düşən kimi mən də oradan uzaqlaşdım. Məqsədim ondan canımı qurtarmaq idi. Səhər maşına baxanda telefon və paltarların arasındakı pulu gördüm. Ondan sonra pulu xərcləmək qərarına gəldim".
 

Məhkəmənin hökmü ilə Anar Vəliyev 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxsə isə sadəcə alınan "Hyundai" markalı avtomobil qaytarılıb. Qalan zərər Anar Vəliyev tərəfindən ödənilməyib. (Musavat.com)


OXŞAR XƏBƏRLƏR

İlk türk astronavtı olduğunu iddia edərək yaponları belə aldadan adam

Serkan Anılır, sosial medianın həyatımıza yeni daxil olduğu bir vaxtda adını hallandıran təəccüblü ad olub. O, özünü ilk türk astronavtı və Yaponiyanın super be...

Mehriban Əliyevaya “Müqəddəs Knyaginya Olqa” ordeni təqdim edildi - FOTOLAR

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycanın Birinci vitse-prez...

Yəmənin Baş naziriİSTEFA VERDİ

Yəmənin Baş naziri Əhməd Əvvad bin Mübarək istefa verib.   Sfera.az xəbər verir ki, bu barədə o, özünün “X” hesabında məlumat yayıb....

2021-ci ildə diqqət çəkmişdi: Parisdəki 3300 illik obeliskin sirri açıldı - FOTO

Parisin ən gur meydanlarından birində yerləşən 3300 illik obelisk illərdir həm turistlərin, həm də tarix həvəskarlarının diqqətini çəkir. Lakin 2021-ci ildə apa...

Rusiya ordusunda döyüşən azərbaycanlı HƏLAK OLDU

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.  ...

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərinin müxtəlif ərazilərində silah-sursat aşkarlanıb.   Sfera.az xəbər verir ki, Corat qəsəbəsi ərazisində 1 ədəd təklülə ov tüfəngi...