Prezidentin təltif etdiyi Məmmədbağır Əliyev kimdir?

Prezidentin təltif etdiyi Məmmədbağır Əliyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

 

Sfera.az Metbuat.az-a istinadən xəbər verir ki, Məmmədbağır Əliyev 1955-ci ildə Tacikistanın Kurqan-Tübə şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən alim uzun illər xəstəxana və onkoloji mərkəzlərdə həkim kimi çalışıb.

 

1992-ci ildən Rusiya Elmlər Akademiyasının Onkoloji Mərkəzində fəaliyyət göstərən professor doktorluq dissertasiyasını burada müdafiə edib.

 

2000-ci ildə dövlət mükafatına layiq görülən Məmmədbağır Əliyev 2011-ci ildə “Dostluq” ordeni ilə də təltif olunub.

 

O, 150-dən artıq elmi işin, iki monoqrafiyanın və bir sıra səmərələşdirici təkliflərin müəllifidir.


OXŞAR XƏBƏRLƏR