“Ukrayna müharibəsi bitməyəcək” - Ekspert

“Ukrayna müharibəsi bitməyəcək” - Ekspert

ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putinlə bağlı ümidləri özünü doğrultmur. Rusiya ordusunun Ukrayna şəhərlərini növbəti dəfə bombalamasından sonra Tramp “Bu gedişat xoşuma gəlmir” şəklində açıqlama verib. Xarici analitiklərin fikrincə, artıq Tramp administrasiyası da anlayır ki, müharibəni tezliklə dayandırmaq mümkün olmayacaq. 

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli, müharibənin gələcəyi ilə bağlı qeyri-müəyyənliklərin olduğunu, Trampın şərhlərinin hələlik ritorik xarakter daşıdığını bildirib. Onun qənaətincə, Tramp administrasiyasının hakimiyyətə gəldiyi ilk dövrlərdən fərqli olaraq, yaxın zamanda Ukrayna ilə Rusiya arasında sülh sazişinin imzalanacağı inandırıcı görünmür:

 

"Münaqişənin əvvəlində Tramp və Putin arasında, vasitəçilər üzərindən aparılan danışıqlarda müəyyən razılaşmalar əldə olunsa da, son nəticədə razılaşmalar pozuldu və gərginlik daha da artdı”.


Politoloq bu prosesin niyə uğursuz olduğunu da izah edib: 


“Görünən odur ki, Kremlin daha geniş güzəştlər əldə etmək istəyi var. Tramp administrasiyasının bütün dünyaya ticarət müharibəsi elan etməsi və eyni zamanda ABŞ-nin müttəfiqləri ilə münasibətlərini pozmağa yönəlmiş addımlar atması Kremldə məmnunluqla qarşılanıb. Bu, ABŞ-nin qlobal nüfuzunun zəifləməsi kimi qiymətləndirilirdi. Bundan əlavə, Qərbin parçalanması görüntüsü də artıq müşahidə olunur”.


E.Xalidbəyli Rusiya və ABŞ arasındakı münaqişənin təhlükəli bir mərhələyə keçə biləcəyinə də toxunub:


“Təbii ki, bütün bunlar Rusiyanın maraqları çərçivəsində Kreml tərəfindən dəyərləndirilir və hesab olunur ki, hazırkı qlobal proseslər Rusiyanın xeyrinədir. Bu səbəbdən də ABŞ-nin təklif etdiyi şərtlərlə deyil, Rusiyanın maraqları çərçivəsində yeni sülh şərtləri irəli sürülür. Bu isə çox təhlükəli bir prosesdir. Çünki əgər Rusiya indiki kimi daha çox güzəşt qoparmaq siyasətində israrlı olarsa, ABŞ bu prosesə tamamilə fərqli mövqedən yanaşa bilər".

 

O, həmçinin bu vəziyyətin Ukrayna müharibəsinin sonlanmasına gətirib çıxara biləcək bir inkişaf olmadığını vurğulayıb:

 

“ABŞ Ukraynaya dəstəyi artıraraq Rusiyaya qarşı təzyiqləri gücləndirməyə üstünlük verə bilər. Bu isə Rusiyanın indiki vəziyyətində onun üçün olduqca təhlükəli nəticələr doğura bilər. Lakin aydındır ki, Kreml Ukrayna müharibəsini Rusiya üçün böyük bir missiyaya çevirib və bu prosesi sonadək davam etdirmək niyyətindədir. Bu baxımdan demək olar ki, Kreml tərəfindən irəli sürülən bu qeyri-real şərtlər səbəbindən yaxın zamanlarda Ukrayna müharibəsinin tam şəkildə, hətta atəşkəs müqaviləsi ilə dayandırılması ehtimalı o qədər də yüksək deyil”.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...