DİM jurnalistlər üçün mediatur təşkil etdi - FOTOLAR

DİM jurnalistlər üçün mediatur təşkil etdi - FOTOLAR

8 aprel 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” ilə tanış olmaq üçün mediatur təşkil olunub.  

 

Sfera.az xəbər verir ki, əvvəlcə Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov çıxış edib və buraxılış (qəbul) imtahanları ərəfəsində mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb.

 

V.Misirov müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də Mərkəzin elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirildiyini bildirib. V.Misirov imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı Mərkəz tərəfindən fasiləsiz iş aparıldığını qeyd edib.

 

Tədbirdə daha sonra sual kitabçalarının avtomatlaşdırılmış çap sistemi və materialların hazırlandığı “qapalı məkan” haqqında videoçarx nümayiş etdirilib.
Ardınca Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edib. O, açıq tipli tapşırıqların əhəmiyyəti, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin seçimi, nəticələrin elanı barədə məlumat verib. A.Qasımov qeyd edib ki, bu il martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar. Bir tapşırığın iki marker tərəfindən yoxlanıldığını nəzərə alsaq, 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur. 

 

Yazı işlərinin qiymətləndirilmə prosesinin hər bir tapşırıq üzrə ayrı aparılmasının faydalarından danışan A.Qasımov bununla markerlərin ardıcıl olaraq yalnız həmin tapşırığı işlədiyi üçün sürətli və keyfiyyətli yoxlama apara bildiklərini,  istənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsinin onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfra saldığını və bu qayda ilə hər şagirdin ümumi işinin ən az 20 müxtəlif marker tərəfindən yoxlanılmış olmasını qeyd edib.


Markerlərin yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak etmələrinin üstün cəhətlərini də vurğulayan A.Qasımov müəllimlərin qazandıqları təcrübəni məktəbdə sinifdaxili qiymətləndirmələrində, yoxlamaq istədikləri bacarıqlara uyğun mətn və tapşırıq tərtibetmə, şagirdlərinin göstəricilərini araşdırıb müqayisəetmə kimi fəaliyyətlərində tətbiq edə biləcəkləri və beləliklə fərdi inkişaf və bacarıqlarının təkmilləşdirilməsi üçün yaxşı bir imkan olduğunu da diqqətə çatdırıb. A.Qasımov, həmçinin markerlərin kifayət qədər əmək haqqı ilə də təmin olunduğunu qeyd edib. 2024-cü ildə keçirilən bütün imtahanların statistikasına nəzər salan şöbə müdiri markerlərin ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçirdiklərini və onlara 1 milyon manatdan çox əmək haqqı ödənildiyini söyləyib. 
Növbəti çıxışçı DİM-in beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri  Elmir Şirinov yoxlama prosesini ehtiva edən “Onlayn marker” sisteminin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı görülən işlər haqqında danışıb.

 

Daha sonra iştirakçılar xüsusi ayrılmış imtahan zallarında yoxlama aparan markerlərin işi ilə yaxından tanış olublar. Media nümayəndələrinə markerlərin yoxlamanı hansı şəraitdə və meyarlara əsasən həyata keçirdikləri, qiymətləndirməni necə apardıqlarını birbaşa müşahidə etmək imkanı yaradılıb. Sonda isə Mərkəzin beynəlxalq imtahan zalları da iştirakçılara nümayiş etdirilib.Görüş boyunca iştirakçıların göstərilən məsələlərlə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb. 

 

Firuzə Əliyeva
Fotolar: Anar Bayramlı

 

 


OXŞAR XƏBƏRLƏR

Zelenski: Ukrayna tam atəşkəs tələb edir

Ukrayna bütün cəbhə xətti boyunca tam, qeyd-şərtsiz atəşkəs tələb etməkdə davam edir.   Sfera.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Ze...

Ceyhun Bayramov rəsmi səfərə yollandı

Xarici işlər naziri Ceyhun Bayramov Keniyaya rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb. &...

Dələduzlar sizi “QR” kodla aldada bilər – XƏBƏRDARLIQ

Dələduzluğun yeni növü peyda olub. Artıq ictimai məkanlarda saxta QR-lar vasitəsilə vətəndaşlar aldadılır.   Sfera.az bildirir ki, Elektron Təhlükəsi...

Koloradoda antisemit hücumu: Adam mitinqdə yəhudi icmasının üzvlərini yandırmağa çalışdı

Qəzza zolağında israilli girovlara dəstək məqsədilə Kolorado ştatı Boulderdə keçirilən aksiyaya gələn azı 8 nəfər yaralanıb. Mohamed Sabri Soliman adlı bir nəfə...

Prezidentə o kitab hədiyyə edildi - FOTO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgis...

Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı

Bakının Nəsimi rayonunda, keçmiş “Nəsimi bazarı”nın yerində tikilən yaşayış kompleksi ətrafında məişət tullantıları olan sahə yanır.   Bu...